Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Müsavatın Goranboy Təşkilatının sədri həbs edilib

 

Yusif Namazoğlunun həbsinin birbaşa siyasi sifariş olduğu iddia edilir

 

 "Xeberinfo.com": Bu gün səhər saatlarında Müsavat Partiyasının Goranboy Rayon Təşkilatının sədri Yusif Namazoğlu həbs edilib. Saxlanılarkən Yusif Namazoğlunun zorakılıqla üzləşdiyi, nəticədə dişlərinin polis əməkdaşları tərəfindən sındırıldığı bildirilir. Onun həbsinin birbaşa siyasi sifariş olduğu iddia edilir.
Bu barədə musavat.com-a Müsavat Partiyasının Goranboy Rayon Təşkilatının keçmiş sədri, hazırda sədr müavini olan Məhərrəm Yusifli məlumat verib. 
O, Yusif Namazoğlunun həbsi ilə bağlı bunları deyib: “Yusif Namazoğlu maldarlıqla məşğul olur. Bu yolla ailəsini güclə dolandırırdı. Bu gün səhər saatlarında Ağcakənd yolunda qəflətən rayon polis əməkdaşları tərəfindən mühasirəyə alınaraq, saxlanılıb. Biz hadisə yerində olmamışıq. Amma hadisə şahidləri bildirirlər ki, həbs edilərkən Yusif Namazoğlu vəhşicəsinə döyülüb. Nəticədə onun dişləri tökülüb. Şahidlər bildirirlər ki, Yusif bəyi düşmən kimi həbs etdilər. Bu işdə soyadını dəqiq bilmədiyimiz yol polisinin rəisi Rövşən adlı şəxs xüsusilə canfəşanlıq göstərib. Yusif Namazoğlunun qardaşı Qarabağ döyüşlərində şəhid olub. Özü də uzun illər müharibədə olub. Biz bunun birbaşa siyasi sifariş olduğuna əminik. Bu həbslə bağlı rayon təşkilatımız bəyanat verdi. Azərbaycan hakimiyyətindən Yusif bəyin azad olunmasını tələb edirik”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam