Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

BSU-nun nümayəndəsi beynəlxalq konfransda iştirak edib

 

 

 

İyunun 21 və 22-də Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində “Rus dünyası: indi və gələcəkdə” adlı beynəlxalq elmi konfrans keçirilmişdir.

 

Yenixeber.org:   Kreml Sarayının Kiçik zalında baş tutan konfransda dünyanın səksən ölkəsindən 700-dən artıq nümayəndə iştirak etmişdir. Respublikamızı həmin tədbirdə Bakı Slavyan Universitetinin prorektoru, fil.ü.e.d., professor Rafiq Novruzov təmsil etmişdir.

Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin, baş nazir Dmitri Medvedevin və təhsil naziri Olqa Vasilyevanın təbrik məktublarının oxunuşu ilə açılan tədbir “Rus dünyası: oxşarlıq və konsolidasiya”, “Rus dünyası mətnləri: klassika və müasirlik” adlı iki bölmədə öz işini davam etdirmişdir. Onu da qeyd edək ki, bölmələrin iclaslarına B.A.Nikonova və akademik L.A.Verbitskaya kimi nüfuzlu alimlər rəhbərlik etmişlər.

Azərnbaycan nümayəndəsi, fil.ü.e.d. professor Rafiq Novruzov L.A.Verbitskayanın rəhbərlik etdiyi bölmədə “Bədii mətn: klassika və müasirlik” adlı məruzə ilə çıxış etmiş və alimin rus ədəbiyyatı ilə Azərbaycan ədəbiyyatının müqayisəsindən bəhs edən fikirləri iştirakçılar tərəfindən maraqla qarşılanmışdır. Alimin məruzəsində rus ədəbiyyatında rus milli xarakteri ümumbəşəri dəyərlər fonunda təhlil edilmişdir.

R.Novruzovun məruzəsi yüksək qiymətləndirilmiş, konfransın toplusunda nəşrə tövsiyə edilmişdir.

BSU-nun Mətbuat Xidməti


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam