Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

“Nar” azad edilmiş ərazilərdə şəbəkəsini gücləndirir

“Nar” azad edilmiş ərazilərdə şəbəkəsini gücləndirir

 

 

“Nar” işğaldan azad edilmiş ərazilərdə şəbəkənin gücləndirilməsi istiqamətindəki işləri davam etdirir.

 

Yenixeber.org:  Operator Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin ərazisinə xidmət edəcək baza stansiyasının quraşdırılmasını və istismara verilməsini elan etdi. Artıq “Nar” abunəçiləri qeyd edilən ərazidə 3G və 2G xidmətlərindən yararlana bilirlər. Hazırda abunəçilərə xidmət göstərən “Nar” şəbəkəsi 6041 baza stansiyasını əhatə edir.    

 

“Nar” Azərbaycanın hər bir bölgəsinə xüsusi diqqət və həssaslıqla yanaşır. Operator ölkənin müxtəlif bölgələri üçün xüsusi tariflər tətbiq edib, əhalinin bütün kateqoriyalarından olan istifadəçilərin maraq və ehtiyacları nəzərə alıb. Sərfəli qiymət, keyfiyyətli rabitə və bölgələr üçün xüsusi tariflərin tətbiqi nəticəsində bölgələrdəki “Nar” abunəçilərinin sayı əhəmiyyətli dərəcədə artıb.  

 

“Nar” şəbəkəsi haqqında daha ətraflı məlumatı www.nar.az/map internet səhifəsindən almaq olar.

 

 “Nar” azad edilmiş ərazilərdə şəbəkəsini gücləndirir


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam