Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Bolqarıstanın vitse-prezidenti Bakı Slavyan Universitetində -FOTOLAR


       Bu gün Bolqarıstan Respublikasının vitse-prezidenti xanım İliana Yotova Bakı Slavyan Universitetində olub.

 

        Yenixeber.org:  Qonağı Azərbaycan Respublikasının Bolqarıstandakı səfiri Nərgiz Qurbanova, Bolqarıstanın Azərbaycandakı səfiri Maya Xristova və digər rəsmi şəxslər müşaiyət edib. Rəsmi qonaq universitetin girişində təntənəli şəkildə duz-çörəklə qarşılanıb,  onun şərəfinə universitet tələbələrindən ibarət rəqs ansamblı Bolqarıstan və Azərbaycan rəqsləri ifadə edib.

          Sonra nüfuzlu qonağı BSU-nun rektoru, professor Nurlana Əliyeva qəbul edib, Azərbaycan Respublikası ilə  Bolqarıstanın tarixi dostluq əlaqələrinin olduğunu bildirib və həmin münasibətlərin tarixin sınaqlarından keçdiyini nəzərə çatdırıb. O, ölkənin birinci xanımı, vitse-prezident  Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun rəhbərliyi altında Bolqarıstanın bir sıra dini-mədəni obyektlərində təmir-bərpa işlərinin aparıldığını, arxeoloji qazıntılara şərait yaradıldığını, azərbaycanlı tələbələrin  bolqar dilini, mədəniyyətini öyrəndiyini və  bolqar tələbələrin də dilimizi milli-adət ənənələrmizi  öyrəndiyini  vurğulayıb. BSU-nun rektoru N.Əliyeva xanım İ.Yotovanın gərgin iş qrafikinə baxmayaraq, fürsət tapıb BSU-ya gəlməsini Azərbaycanla Bolqarıstan arasında tarixi-mədəni münasibətlərimizin yeni mərhələdə davamı kimi dəyərləndirib. Universitet barədə qonağa məlumat verən N.Əliyeva Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğala məruz qalması nəticəsində BSU-nun dörd yataqxanasında üçündə Qarabağdan qaçqın düşmüş insanlar yaşadığını bildirib.

         

  Sonra Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova Qarabağ problemi, torpaqlarımızın işğalı barədə qonağa daha müfəssəl məlumat verərək, problemin həllini üzərinə götürmüş Minsk Qrupunun passiv mövqe tutmasını da diqqətə çatdırıb.

           Bolqarıstanın vitse-prezidenti  xanım İ.Yotova çıxışında səmimi qarşılanmaya görə rektor Nurlanə Əliyevaya və universitetin tələbə-müəllim heyətinə dərin minnətdarlığını bildirib. O, sonra Azərbaycan Respublikasının müstəqillik qazandıqdan sonra Bolqarıstanla daha intensiv münasibətlər saxladığını bildirərək, dövlətimizin başçısının bu sahədə ciddi işlər gördüyünü qeyd edib.  İ.Yotova 10 il deputat kimi AŞPA-da çalışdığını Azərbaycanın yaşadığı Qarabağ probleminə dərindən bələd olduğunu da diqqətə çatdırıb. Vitse –prezident eyni zamanda Avropada, o cümlədən Bolqarıstanda yaşanan miqrant problemlərinə də toxunub.

           İ.Yotova  BSU-nun Bolqarıstanın ali məktəbləri ilə sıx əlaqə saxlamasından məmnun olduğunu bildirərək,  bu əlaqələrin gələcəkdə daha genişlənməsi arzu etdiyini dilə gətirib. O, Bakı Slavyan Universitetinin Bolqarıstan ali məktəbləri ilə qarışılıqlı münasibətlərində xoş məramlı səfir olmağa hazır olduəunu da vurğulayıb.

BSU rəhbərliyi ilə vitse prezident arasında hədiyyə mübadiləsindən sonra qonaqlar universitet rəhbərliyinin müşaiyəti ilə Bolqar dili Tədris və Mədəniyyət Mərkəzində olublar. Vitse –prezident Mərkəzdə saxlanan xatirə kitabına ürək sözlərini yazıb.

             Sonra vitse –prezident  Akt zalında universitetin tələbə-müəllim heyəti ilə görüşüb. İ.Yotova onları maraqlandıran sualları cavablandırıb.

 

 

BSU-nun Mətbuat xidməti


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam