Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

7 milyonluq narkotika yandırıldı

 

   Beynəlxalq Narkotiklərlə Mübarizə Günü ərəfəsində Bünyad Sərdarov adına maşınqayırma zavodunun inzibati ərazisində 161 məhkəmə hökmü ilə müsadirə olunmuş 625 kiloqramdan artıq müxtəlif növ narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları məhv edilib. 

"Xeberinfo.com": Məlumata görə, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından bildirilib ki, məhv edilən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının 31 kiloqram 182,85 qramı heroin, 176 kiloqram 253,6 qramı marixuana, 209 kiloqram 728,758 qramı həşiş, 55 kiloqram 236,334 qramı tiryək, 19 kiloqram 964,941 qramı metamfetamin, 119 kiloqram 600,93 qramı və 3079 ədədi çətənə bitkiləri, 13 kiloqram 550,4 qramı xaş-xaş, 0,685 qramı metadon olub. Müsadirə edilmiş müxtəlif növ narkotik vasitələrin qara bazarda ümumi dəyəri 7 milyon ABŞ dollar təşkil edir.

Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə məhv edilmiş müxtəlif növ narkotik vasitələrin 424 kiloqramı 425,661 qramı Daxili İşlər Nazirliyi, 32 kiloqram 517,566 qramı Milli Təhlükəsizlik Nazirliyi, 90 kiloqram 933,859 qramı Dövlət Gömrük Komitəsi və 77 kiloqram 642,41 qramı Dövlət Sərhəd Xidməti tərəfindən aşkar olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam