Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

ABŞ və Rusiyanın Baş Qəraragah rəisləri niyə Bakını seçdi? -“The New York Times” -dan açıqlama

 

Bu gün ABŞ Silahlı Qüvvələrinin qərargah rəisləri Komitəsinin sədri, general Cozef Danfordla Rusiya Silahlı Qüvvələrinin Baş qərargah rəisi, ordu generalı Valeri Gerasimov görüşəcəklər.

Xeberinfo.com:  Bu, 2014-cü ildən bəri Rusiya ilə ABŞ arasında baş tutacaq ən yüksək səviyyəli hərbi danışıqlardır. Gözlənilir ki, tərəflər Suriyadakı hərbi əməliyyatları, İŞİD-ə qarşı birgə mübarizəni və Ukraynadakı situasiyanı, habelə son vaxtlar artan nüvə təhdidlərini və digər məsələləri müzakirə edəcəklər.

 

Generalların görüşmək üçün niyə məhz Bakını seçdikləri müəmmalı idi. Ancaq ehtimal edilirdi ki, bu, ABŞ-la Rusiya arasında indiki mürəkkəb münasibətlər fonunda belə görüşün tərəflərdən hansısa birinin paytaxtında təşkilinin qeyri-mümkün olması ilə əlaqəlidir.

“The New York Times” bu müəmmanın səbəbini açıb. Qəzetin yüksək rütbəli rəsmilərə istinadən görə, görüşü təşkil etmək asan olmayıb, bu haqda müzakirələr aylarla davam edib. Əvvəlcə Rusiya amerikalı generalın Moskvaya, ya da Belarusun paytaxtı Minskə gəlməsini istəyib. Pentaqon isə bu variantdan imtina edərək görüş üçün Şərqi Avropanı üstün tutduğunu bildirib. Ancaq Ukrayna məsələsindən sonra Avropa Birliyi digər Rusiya rəsmiləri kimi Valeri Gerasimova da sanksiya qoyduğundan, bu variant da baş tutmayıb. Nəhayət, tərəflər neytral şəhər kimi Bakını seçiblər.

 

Generalların Bakı görüşünün mövzusu haqda detallı bilgi verilmir. Pentaqonun yaydığı məlumatda görüşdə ABŞ və Rusiyanın hərbi münasibətlərinin, mümkün problemləri önləməkdən ötrü vacib olan əməkdaşlıq məsələlərinin müzakirə ediləcəyi deyilir.

Generallar Danford və Gerasimovun Bakıda məhz harada görüşəcəyi məlum deyil. Eləcə də görüşün saatı və digər detallar haqda hələlik məlumat yoxdur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam