Redaktor seçimi
Kənd təsərrüfatında qohumbazlıq nümunəsi:
Aqroterrorizm:
Rövşən Novruzoğlu Hacıbala Abutalıbova
Elxan Süleymanov barədə şok İDDİA – 6 villa tikdi, körpünü uçurdu, 500 ailənin…
SOCAR-ın sabiq əməkdaşı “od püskürür”-
Nehrəm kəndi:
SOCAR-ın əməkdaşları Qarabağ əlilinin evini belə söküb:
QƏZZA: SƏMA ALTINDA “ƏSİR DÜŞƏRGƏSİ” –
Günün xəbəri

Hakimiyyət Əli İnsanov qarşısında hansı şərti qoyub?

 

 

İyunun 19-da siyasi məhbusların əfv ediləcəyi barədə yayılan məlumatların heç bir əsası yoxdur.

 

         Mənbə bildirib ki, iyunun 19-da əfv fərmanının imzalanmasından söhbət gedə bilməz.
       “Bunlar əsassız məlumatlardır. Sonuncu əfvdən sonra Əfv Komissiyası toplanmayıb.
    "Xeberinfo.com": Əgər iyunun 19-da əfv fərmanının imzalanması gündəmdə olsaydı artıq komissiyanın heç olmasa bir iclası keçirilər və kimlərin əfv olunacağı müzakirə olunardı. Digər tərəfdən indiyə qədər əfv fərmanından qısa müddət sonra növbəti əfv fərmanı imzalanması təcrübəsinə rast gəlinməyib”, – deyə mənbə bildirib.
    Bəs bu məlumatların yayılmasının kökündə nə dayanır?
    Hakimiyyət mətbəxindən redaksiyamıza sızan məlumata görə, növbəti əfvlə bağlı məlumatların yayılması sadəcə blefdir. Mənbənin sözlərinə görə, Azərbaycan hakimiyyəti növbəti dəfə Qərbi aldatmaq, vaxt udmaq yolunu tutub. Avropa Şurasının yay sessiyası yaxınlaşır. Ölkə başçısı İlham Əliyevin də sessiyada çıxışı gözlənilir. Bu ərəfədə guya siyasi məhbusların azadlığa buraxılacağı barədə rəy yaratmaq Azərbaycan hakimiyyəti üçün vacibdir. Hakimiyyət sessiyada sərt tənqidlərlə üzləşəcəyindən narahatdır. Hakimiyyət belə bir mövqe ilə çıxış edir ki, Azərbaycanda siyasi məhbus yoxdur. Və guya adları siyasi məhbus siyahılarına salınan şəxslər siyasi motivlərlə həbs olunmayıb. Bununla belə onlar əfv ərizəsi yazacağı təqdirdə azadlığa buraxıla bilərlər. Əfv fərmanının imzalanacağı barədə məlumatlar da siyasi məhbuslara əfv ərizəsi yazdırmaq üçün vaxt udmaq istəyidir”.
Lakin hakimiyyət REAL sədri İlqar Məmmədov və sabiq səhiyyə naziri Əli İnsanovla bağlı məsələdə çətinə düşüb. Avropa Məhkəməsinin İlqar Məmmədovla bağlı qərarı var. Qərarda xüsusi vurğulanıb ki, Ilqar Məmmədovun həbsi qanunsuzdur və siyasi xarakter daşıyır. Beləliklə də hakimiyyət İlqar Məmmədovu azad etmək məcburiyyətində qalıb. Mənbənin sözlərinə görə, mümkündür ki, İlqar Məmmədov azadlığa buraxılsın. Əli Insanova gəlincə, onunla da bağlı Avropa Məhkəməsinin qərarı var. Qərarda qeyd olunub ki, Əli İnsanova münasibətdə Avropa Konvensiyası ilə təminat verilən ədalətli məhkəmə araşdırması və işgəncəyə məruz qalmamaq hüquqları pozulub. Mənbə bildirib ki, hakimiyyət Əli İnsanovu da azadlığa buraxmaq istəyir. Lakin sabiq nazirin qarşısında şərt qoyulub: Ölkədən getmək, yaxud da həbsdən azad olunacağı təqdirdə siyasətlə məşğul olmayacağı və barədə bəyanat vermək müxalifətin ünvanına ittihamlar səsləndirmək. Əli Insanov bu şərtlərdən birini qəbul edəcəyi təqdirdə azadlığa buraxıla bilər.
шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?