Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

“Nar” sərfəli rominq kampaniyasını təqdim edir:“Şərq” kampaniyası

 “Nar” sərfəli rominq kampaniyasını təqdim edir:

 

“Şərq” kampaniyası daxilində təqdim olunan rominq paketlərindən yararlanmaqla “Nar” abunəçiləri Birləşmiş Ərəb Əmirliklərində olduqları zaman davamlı ünsiyyətdə qalmaq və rominq xərcləri barədə düşünməmək imkanı əldə edirlər. 

 

Xeberinfo.com:   “Şərq-5” paketinə həm gələn zənglər üçün 5 dəqiqə, həm də çıxan zənglər üçün 5 dəqiqə və 500 MB internet trafiki daxildir. Paketin istifadə müddəti sifariş günündən etibarən 3 gündür. Gələn/çıxan dəqiqələr və internet trafik paketin istifadə müddəti başa çatmamış bitərsə, hesablamanın aparılma qaydası belədir: çıxan zənglərin dəqiqəsi – 1,50 AZN, gələn zənglərin dəqiqəsi – 0,25 AZN, 1 MB internet trafikin qiyməti – 1,50 AZN. 

 

“Şərq-15” paketinə həm gələn zənglər üçün 15 dəqiqə, həm də çıxan zənglər üçün 15 dəqiqə və 1500 MB internet trafiki daxildir. Paketin istifadə müddəti sifariş günündən etibarən 30 gündür. Gələn/çıxan dəqiqələr və internet trafik paketin istifadə müddəti başa çatmamış bitərsə, hesablamanın aparılma qaydası belədir: çıxan zənglərin dəqiqəsi – 1,50 AZN, gələn zənglərin dəqiqəsi – 0,25 AZN, 1 MB internet trafikin qiyməti – 1,50 AZN.

 

“Şərq” paketlərindən birini hələ Azərbaycanda ikən və ya Birləşmiş Ərəb Əmirliklərinə çatmamışdan öncə də sifariş etmək mümkündür. “Şərq-5” paketinə qoşulmaq üçün +105 yazıb 777 qısa nömrəsinə SMS göndərmək və ya telefonun ekranında *777#105#YES kodunu yığmaq, “Şərq-15” paketinin sifarişi üçün isə +115 yazıb 777 qısa nömrəsinə SMS göndərmək və ya telefonun ekranında *777#115#YES kodunu yığmaq kifayətdir.

 

Qeyd edək ki, abunəçilər rominqdə bir ilk olan bu sərfəli paketdən istədikləri sayda sifariş edə bilərlər. Bu zaman dəqiqə və internet trafikin istifadəsinin öncəliyi sifariş tarixinə əsasən verilir. Təklifdən “DU” mobil operatorunun şəbəkəsinə qoşulan öncədən və sonradan ödənişli bütün “Nar” abunəçiləri yararlana bilərlər. 

 

“Nar” rominq xidməti barədə daha əraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam