Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

“Araz Əlizadənin dediklərinə inanmıram” -Milllət vəkili

 

Xeberinfo.com:   Deputat Araz Əlizadənin Modern.az-a müsahibəsində Qafqaz İslam Ordusunun komandanı Nuru paşa ilə bağlı iddialar irəli sürməsi cəmiyyətdə rezonans doğurub.

 

Araz Əlizadə müsahibədə “ Erməniləri bizim üstümüzə salan Osmanlı idi. Sonradan isə xilas etdilər. Bu faktı unutmayın. Nuru paşa Gəncədə oturmuşdu və ona qızıl gələnə qədər yerindən tərpənmirdi”  kimi qalmaqallı fikir səsləndirib.

 

Azərbaycanda Atatürk Mərkəzinin müdiri, Milli Məclisin deputatı Nizami Cəfərov məsələ ilə bağlı Modern.az saytına danışıb.

 

Nizami Cəfərov Araz Əlizadənin Osmanlı imperiyası ilə bağlı fikirlərini əsassız sayır.

 

“ Nəyə görə əsassız sayıram? Çünki orada elə məsələlər var ki, onu müzakirə etmək olar. Araz Əlizadə də kifayət qədər məlumatlı və düşüncəli adamdır. O, boş yerə, təsadüfi söz də deməz. Amma bununla yanaşı, orada gərək bütün məsələlər nəzərə alınsın. Təsadüflər yox. Mənə elə gəlir ki, Araz müəllim  mahiyyəti nəzərə almalıdır”.

 

Deputat həmin dövrün çox böyük mürəkkəbliklərinin olduğunu deyib.

 

“Həmin dövrün mürəkkəb şəraitində nələrin baş verdiyi Tarix İnstitutu tərəfindən təhlil olunur. Mən hesab etmirəm ki, Ermənistanın Azərbaycan torpaqları hesabına dövlət qurması Osmanlı imperiyasının günahıdır. Mən buna inanmıram. Çünki Osmanlı imperiyasının o zaman elə bir gücü yoxuydu. Çünki Birinci Dünya müharibəsindən məğlub çıxmışdı. Həmin vaxtda da Atatürkün komandanlığı altında yeni hərakat başlayırdı”.

 

Deputat bildirib ki,  Qafqaz İslam Ordusunun komandanı Nuru paşanın Azərbaycana gəlməsi və xalqa kömək etməsi hansısa fərdi, subyektiv maraqlarla bağlı deyildi.

 

“Bu, hərbi nazir Ənvər Paşanın ideallarından biri idi. Nuru paşa Azərbaycana Turan dövləti yaratmaq, bütün Türk dünyasını birləşdirmək ideyası və marağı ilə gəlmişdi. Təbii ki, Azərbaycanda müəyyən problemlər oldu. Qafqaz İslam Ordusuna köməklik də olundu. Müəyyən qədər çətinliklər də oldu. Qafqaz İslam Ordusu burada lazımi qədər əsgər də yığa bilmədi. Müəyyən şeylərə inam itmişdi. Çünki dünya müharibədən çıxmışdı və bu, regiona da təsir etmişdi. Amma Nuru paşanın burada şəxsi məqsədlərinin, ideyalarının həyata keçirməyinə inanmaq mümkün deyil”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam