Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Maşın alanda diqqətli olun -"Etibarsız" etibarnamə

Xeberinfo.com:   Dəfələrlə etibarnamə ilə avtomobil almağın mənfi tərəfləri haqqında xəbərlər təqdim etmişik. Amma bizə edilən müraciətlər bir daha göstərir ki, bundan nəticə çıxarmayanlar hələ də var. Daha bir vətəndaş etibarnamə ilə avtomobil alıb. Vaxtlı-vaxtında pulu ödəsə də, indi nə maşınını geri ala bilir, nə də pulunu. Səbəb isə avtomobil sahibinin verdiyi etibarnaməni ləğv etdirməsidir.

Qaradağ rayonu, Lökbatan qəsəbə sakini Zaur Hüseynov 2014-cü ildə etibarnamə ilə avtomobil alıb. 11 aydan sonra aldığı avtomobildə problemlər yarandığına görə onu eyni şəxsdəki digər maşınla dəyişməli olub. Aylıq ödənişi də arada vasitəçilik edən şəxsə ödəyirmiş.

Ona görə də avtomobilin sahibi olduğu iddia edilən Azad Novruzov etibarnaməni ləğv edərək, avtomobili cərimə meydançasından çıxarıb. O vaxtdan bəri Zaur Hüseynov nə verdiyi pulu, nə də avtomobili ala bilir.

Zaur Hüseynov məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. İşin təhqiqatını aparan müstəntiq Mirmehdi Seyidov bu işlə bağlı artıq qərarın verildiyini bildirib.

Avtomobilin sahibi olduğu iddia edilən Azad Novruzov da etibarnamənin niyə ləğv edilməsinə aydınlıq gətirib. Necə? Bunu təqdim etdiyimiz videoda görəcəksiniz...

Görünən odur ki, avtomobili alan vətəndaş kredit ödənişini müqavilə ilə rəsmiləşdirməməkdə, eləcə də etibarnamə ilə avtomobil almaqla yanlışlığa yol verib. Ona görə də avtomobil alarkən bu amilləri mütləq diqqətdə saxlamaq lazımdır.(xezerxeber.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam