Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

“Kadr islahatları olacaq” -Deputatdan böyük dəyişiklik anonsu

vahid

"Azərbaycanda çox önəmli struktur və kadr islahatları aparılacaq”.

Xeberinfo.com:   Bunu BakiPost.az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Prezident İlham Əliyevin"Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfrans"dakı çıxışını şərh edərkən deyib.

Onun sözlərinə görə, İlham Əliyev bir çox vacib islahatlar aparacaq: 

"3 dəfə (2004-2008, 2009-2013 və 2014-2018-ci illər) Azərbaycanın regionların iqtisadi inkişafı proqramı qəbul olunub. Dünən keçirilən konfrans üçüncü proqram idi.

İki proqramın əsas məqsədi regionlarda infrastruktur layihələrinin həyata keçirilməsi olub. Yəni regionlarda qaz, işıq, su və digər sistemlərin həyata keçirilməsi.

Üçüncü bu əsas proqramda əsasən regionlarda istehsal sahələrinin yaradılması, kənd təsərrüfatının inkişafı və s. kimi bu sahəyə daha çox diqqət ayrılıb.

Prezident 2016-ci ilin yekunları ilə bağlı iclasda bu məsələyə toxundu. Regionların iqtisadi inkişafı üçün öndə duran bütün məsələlərə nəzər yetirdi. Bu istiqamətdə həm cəmiyyətə, həm nazirlərə, həm də icra başçılarına mesajlar da verdi. Hesab edirəm ki, belə görüşlərin keçirilməsi sahibkarlar və konfransda olan hökumət məmurları üçün böyük əhəmiyyət kəsb edir. Çünki cənab prezident orda birbaşa onlara göstərişlər verdi. Hətta iclasda prezident kənd təsərrüfatı ilə əlaqədar konkret nə qədər torpaq sahəsi verilməsinə, hansı rayonlarda su təsərrüfatının yenidən çəkiləcəyinə çox ciddi toxundu. Göstərişlər verdi, bildirdi ki, deyilən bütün məsələlər nəzarətdədir. Bu məsələlər vaxtı-vaxtında yoxlanılacaq. Prezident İlham Əliyev konkret olaraq bu məsələlərə şəxsən özü müdaxilə etdi”.

Deputat bildirib ki, prezidentin növbəti dəfə məmurlara xəbərdarlıq etməsi önəmli məsələlərdən biri idi: 

"Cənab prezident konfransda məmur-xalq münasibətinə də ciddi toxundu. Bildirdi ki, məmur xalq üçün işləməli, xalqın yanında olmalıdır. Bu məsələ də çox ciddidir. Belə bir konfransların keçirilməsi Azərbaycan üçün, ümumiyyətlə iqtisadiyyat üçün əhəmiyyətlidir ki, orada bəzi məsələlər həll olur. Nazirlər sahibkarla görüşür, sahibkarlar lazım olanda öz məsələlərini qaldıraraq onların həllinə çalışırlar. Ona görə bu konfransların əhəmiyyəti böyükdür”.

Vahid Əhmədov vurğulayıb ki, prezident İlham Əliyevin qarşıya qoyduğu əsas məqsədlərdən biri ixrac yönümlü məhsulun artırılmasıdır: 

"Cənab prezident "strateji yol xəritəsi”ni təsdiq edib. Bu, çox əhatəli böyük bir proqramdır. Bu xəritə ilə əlaqədar olaraq Azərbaycanda onun həyata keçirilməsi üçün çox ciddi islahatlar start götürüb.

Biz gözləyirik ki, artıq Azərbaycanda struktur və kadr islahatları həyata keçirilsin. Bu proqramı həyat keçirmək mümkün olsun. Çünki proqram ağırdır. Yəqin ki, cənab prezident müəyyən islahatlar aparacaq. Həmçinin kadr islahatlarına start verəcək. Müəyyən dəyişikliklər gedəcək ki, bu proqram həyata keçsin. Prezidentin qarşıya qoyduğu əsas məqsədlərdən biri ixrac yönümlü məhsulun artırılmasıdır. Azərbaycanda neftin istehsalatı müəyyən qədər azalıb.

Buna görə də qiymət düşüb. Ona görə Azərbaycana əlavə vəsaitin, yəni dolların gəlməsi üçün ixrac yönümlü məhsulların sayı artırılmalıdır. Bu da ən ciddi və önəmli məsələlərdən biridir. Bu planların həya keçirilməsi üçün bir daha göstərişlər verildi ki, bunların hamısı nəzarətdədir. Yerli icra hakimiyyəti orqanları, nazirlər və sahibkarlar bunu anlamalıdır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam