Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Prorektor müğənnini ifşa etdi

 

                                                                                 
      Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin prorektoru Gülşən Əliyeva ifaçı Günay İbrahimlinin "Mədəniyyət tarixi və nəzəriyyəsi" fənnindən imtahan verən zaman şəkil çəkməsi ilə bağlı açıqlama verib. 
      "Xeberinfo.com": Mövqe.az-a danışan G. Əliyeva bildirib: "Günay İbrahimlinin ayın 4-də olduğu imtahanda 2 nəzarətçi olub. Nəzarətçilərdən biri aşıq Əhliman olub. İki telefonla imtahana daxil olan Günay xanımdan telefonlardan biri alınıb. O biri telefonunu isə gizlədən müğənni sonradan həmin telefonu ilə şəkil çəkib. Ümumiləşdirmək düzgün deyil. Günay qız uşağıdır. Biz onu başqa hansı cür yoxlaya bilərdik ? Nəzarətə qaldıqda isə, universitetimizdə nəzarət kəskin və ciddidir. Gəlib, yoxlaya bilərsiniz".

"İmtahan nəticəsi ləğv oluna bilərmi? sualına prorektor G. Əliyeva belə cavab verib: " Bu yazılı imtahan deyil. O şəkli özü üçün çəkib. Günay onsuzda yazılı cavab vermirdi. O, şifahi imtahan verib və sənət imtahanı verib. Telefonda heç bir şey yoxdu ki, o oradan hansısa məlumat götürə bilsin. İmtahanın ləğvi barədə söhbət belə gedə bilməz. Hardan lazımdırsa müraciət eləsinlər. Həmin gün G. İbrahimli hansı imtahanda, necə olub məlumat verək. O imtahana yenidən baxılsın. Bu smestr imtahanıdır. Çünki heç bir ali məktəbdə dövlət imtahanları hələ başlamayıb".
"O zaman belə çıxır ki, Günay İbrahimli özü də bilmir ki, hansı imtahana gedib. Çünki o qeyd edib ki, dövlət imtahanı verir, siz isə bildirirsiniz ki, müğənni smestr imtahanı verib".

"Bilirsiniz o axı ciddi bir şey deyil. O müğənnidir. Özünü göstərmək üçün deyir ki, mən dövlət imtahanı verirəm. Məlum məsələdir ki, heç yerdə dövlət imtahanı başlanılmayıb. Telefonlar da hər kəsdən alınıb. Bu sadəcə ikinci telefonudur. Telefonla da heç nə köçürməyib".
"Axı telefonla hər hansı məlumatı internetdən əldə edib, yaza bilərdi?" sualımıza isə prorektor əvvəlki cavabı ilə ziddiyyət təşkil edən cavab verdi: "Bu axı şifahi yox yazılı imtahan olub. Həm də axı o heç nə yazmayıb ki... O oxuyacaqdı və onun səsinə qiymət veriləcəkdi. Vəssalam. Onun internetdən götürməli heç nəyi yoxdu. Həmin imtahanı aydınlaşdırdıq, listləri gətirdilər. Dekanı çağırtdırdıq. Məlum oldu ki, həmin imtahanda tələbələrin həm çantaları, həm də telefonları əllərindən alınıb. Adamdı da indi bu keçə bilib".

Yuxarıda müğənninin şifahi imtahan verdiyini, daha sonra imtahanın yazılı keçdiyini söyləyən prorektorun cavabında anlaşılmazlıq olduğunu, prorektorun belə imtahanın yazılı və yaxud şifahi keçdiyindən, eləcə də, hansı fənndən aparıldığından bixəbər olub.
Qeyd edək ki, Günay İbrahimlinin paylaşdığı şəkildən də aydın görünür ki, müğənnidən imtahanda ifa tələb olunmayıb. İmtahan "Mədəniyyət tarixi və nəzəriyyəsi" fənnindən keçirilib. Bu biletin sualından və cavab vərəqəsində müğənninin yazdığı cavabdan da açıq-aşkar görünür. Universitetin prorektoru isə israrla G. İbrahimlinin imtahanda səsinə görə imtahana çəkildiyini iddia edir. Ən biabırçısı isə müğənninin girdiyi imtahanın dövlət imtahanı, yaxud smetr imtahanı olmasından bixəbərliyidir ki, bu da Azərbaycanda müğənnilərin populyar olduqdan sonra görüntü, diplom xatirinə ali savad almaq istəyinin acı mənzərəsidir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam