Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

"Beko Rəşad" işdən qovuldu –Daha bir DYP əməkdaşı cəzalandırıldı

yol polisi

 

Bakıda sürücüləri avtoxuliqan kimi tutmaqla məşhurlaşan yol polisi əməkdaşı işdən qovulub.

Xeberinfo.com:   Avtosfer.az-a istinadən xəbərə görə, Nəsimi rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşı, polis zabiti, daha çox “Beko Rəşad” kimi tanınan Rəşad Nağıyev daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə sərəncama göndərilib. Buna səbəb kimi Rəşad Nağıyevlə bağlı şikayətlərin son vaxtlar daha da artması göstərilir. Bildirilir ki, sürücülər tərəfindən DİN rəhbərliyinə edilən müraciətlərdə DYP əməkdaşının qanunsuz hərəkətlərindən, sürücüləri “avtoş” adı ilə incitməsindən bəhs olunub, onun rüşvət alması halları qeyd edilib.

Rəşad Nağıyev Nəsimi Rayon Dövlət Yol Polisi Şöbəsinin məşhur əməkdaşıdır. Belə ki, “Beko Rəşad” kimi tanınan həmin şəxsdən sürücülər narazıdır. Çünki sürücü hansısa manevr və yaxud ötmə qaydasını pozan zaman R.Nağıyev onu saxladaraq avtoxuliqan kimi qələmə verir, avtomobili isə cərimə meydançasına aparır. Bu hadisə bir çox sürücünün başına gəlib. Bu tipli şikayətlərin sayı durmadan artdığı üçün “Beko Rəşad”ın fəaliyyəti yoxlanılıb və bəzi şikayətlər təsdiqini tapdığı üçün nazirin əmri ilə sərəncama göndərilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam