Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Benzin ajiotajı:Aİ-95 markanı kim bahalaşdırıb?

Benzin ajiotajı: Aİ-95 markanı kim bahalaşdırıb?

 

“Ola bilər ki, bu benzini gətirilməsində 1 şirkət iştirak edir, o da qiyməti belə qaldırıb”

Xeberinfo.com:   Bunu Politika.Az-a parlamentin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Aİ-95 markalı Premium benzinin bahalaşmasına münasibət bildirərkən deyib.


Deputatın sözlərinə görə, qiymət artımının başlıca səbəbi manatın xarici valyuta qarşısında ucuzlaşmasıdır:

“Ai-95 markalı premium benzin Azərbaycana xaricdən idxal olunur. Son vaxtlar Azərbaycanda manatın məzənnəsinin dəyişməsi xaricdən gətirilən benzinin qiymətinə ciddi təsir edib. Ona görə də Aİ-95 markalı benzinin qiyməti qalxıb.
Amma qalan benzin növlərinin qiymətində artım yoxdur. Çünki bu benzin növləri Azərbaycanda istehsal olunur. 

V.Əhmədov bildirib ki, Aİ-95 markalı benzinin qiymətini Tarif Şurası təyin etmir: “Ola bilər ki, bu benzini bir neçə şirkət, o cümlədən SOCAR Petroleum şirkəti Azərbaycana gətirir. 

Bir müddət əvvəl bazarda benzin çox idi, həmin marka benzin də ucuz satılırdı. İndi də çox olsaydı, yəqin ki, qiymət qalxmazdı. Ola bilər ki, bu benzini gətirilməsində 1 şirkət iştirak edir, o da qiyməti belə qaldırıb. Amma benzinin qalxmasında başlıca səbəb dolların məzənnəsi ilə bağlıdır”. 

Xatırladaq ki, Aİ-95 markalı Premium benzinin qiyməti 10 qəpik artaraq 1,05 AZN-ə çatıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam