Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Bakı meri məcburi köçkünləri təhqir etdi

 

                           
                                        "Siz kişi deyilsiniz. Kişi olsaydınız . . ."
   
      "Xeberinfo.com":Bakı şəhər İcra Hakiməyyətinin başçısı Hacıbala Abutalıbov Binəqədi rayonunda 6 rayonun qaçqın və köçkün ailələri ilə görüş keçirib. Görüş analoqu olmayan qalmaqalla bitib.
 
     Hadisə yerində olan reportyorumuzun məlumatına görə, Bakı şəhər İcra Hakiməyyətinin başçısı qaçqın və köçkün ailələrini ağır şəkildə təhqir edib. Qaçqın və köçkün ailələrinin etirazına qarış isə Hacıbala Abutalıbov qadınların üzərinə hücum edərək onlara qarşı təhqiramiz ifadələr işlədib. Bundan sonra isə münaqişəyə polis müdaxiləsi olub.
 
Məlumatda bildirilir ki, görüş zamanı qaçqın və köçkünlərin şikayətini dinləyən Bakı şəhər İcra Hakiməyyətinin başçısı əsəbiləşərək bildirib ki, qaçqınların Bakı şəhərində yerləşməsi kökündən yanlış olub. Bundan sonra isə Bakının meri etik normalara sığmayan ağır ifadələr işlədib.
 
Sitat: «Siz qaçqınlar kişi deyilsiniz. Kişi olsaydınız torpağınızı verib üstümüzə gəlməzdiniz. Sizinlə arvadlarınız arasında fərq yoxdur. Sizin Bakıya buraxılmanız kökündən yanlış olub».
 
   Daha sonra yaranan qarşıdurmaya polis müdaxiləsi olub. Hacıbala Abutalıbov polis qoruması altında görüş yerini tərk edib.
 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam