Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

İşıqsız qalan bina sakinləri yenə aksiya keçirib

XirdalanBu gün Xırdalan şəhəri, Həzi Aslanov küçəsi 2 ünvanda yaşayan 12 mərtəbəli binanın sakinləri yenə etiraz aksiyası keçirib.

Xeberinfo.com:   Sakinlər AzadlıqRadiosuna bildiriblər ki, iki gündür binaya elektik verilmir: “Bu binada qaz yoxdur. Ona görə elektrik kəsiləndə su da olmur, lift də işləmir. Ən çox uşaqlar, qocalar əziyyət çəkir”.

Bina indiyə qədər qazlaşdırılmayıb. Rayon elektirk idarəsi binanın 17 min manat borcu olduğunu və elektriki buna görə kəsdiyini bildirir.

Sakinlər isə deyir ki, onlardan işıq pulunu “Rahat” MTK rəhbərliyi yığır: “İndi MTK rəhbərləri ortada yoxdur. Biz deyirik ki, pulu MTK rəhbərliyinə yığıb veririk, MTK da öz növbəsində idarəyə sakinlərin pul vermədiklərini deyir. İndi biz elektrik sayğaclarının rayon işıq idarəsinin sərəncamına keçirilməsini istəyirik”.

Binada 200-dən çox adam yaşayır. Əhali 7 ildən çox burda məskunlaşsa da binaya hələ qaz çəkilməyib.

“Rahat” MTK-dan mövqe öryənmək mümkün olmayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam