Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

ABŞ-dan Putinin aşbazına sanksiya

ABŞ Maliyyə Nazirliyi Krımın ilhaqına və Ukraynanın şərqindəki münaqişəyə görə Rusiya üzərinə qoyulmuş sanksiyaların genişləndirildiyi barədə məlumat verib.

Xeberinfo.com:   Genişləndirilmiş sanksiya siyahısına 7 fiziki şəxs, onlarca təşkilat və Rusiya bayrağı altında üzən iki gəmi əlavə olunub. Siyahıya əlavə olunan şəxslər Mixail Dedov, Mixail Klişin, Kiril Kovalçuk, Dmitri Lebedev, Dmitri Mansurov, Oleq Minayev və Yevgeni Priqojindir.

Bunların vəzifələri barədə ABŞ Maliyyə Nazirliyi əlavə məlumat verməyib. BBC-nin Rus xidməti ehtimal edir ki, söhbət “Rossiya” bankının top-meneceri Mixail Klişindən, həmin bankın səhmdarı Yuri Kovalçukun qohumu, “Milli Media Qrupunun” başçısı Kiril Kovalçukdan və biznesmen Yevgeni Priqojindən gedir. Priqojinə həm də “Putinin aşpazı” deyirlər və o “kremlyönlü internet trolları fabrikinin” sahibidir.

Sanksiya siyahısına salınmış şirkətlər arasında isə “Trans-Flot”, “Krım Dəmir Yolları” və “Krım portları” firmaları var. Siyahıya “Marşal Jukov” və “Stalinqrad” tankerlərinin də adları salınıb. Bundan başqa ABŞ hökuməti artıq siyahıda olan “Novatek” şirkətinin 26 filialına və “Rosselxozbank”a qarşı əlavə məhdidiyyətlər tətbiq edib.

Amerika Maliyyə Nazirliyinin sözçüsü Con Smit deyib ki, bu sanksiyalardan məqsəd “Rusiyanın Krımın işğalına görə üzərində olan təzyiqi hiss etməkdə davam etməsi və Ukraynada zorakılıq və sabitsizlik törədənlərə əngəl yaradılmasıdır”. Rusiyanın ayrı-ayrı məmurlarına və sahibkarlarına qarşı ilk ABŞ sanksiyaları 2014-cü ildə, Krımın ilhaqından dərhal sonra elan edilib. Bu siyahıda olanların ABŞ ərazisinə daxil olması qadağandır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam