Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Strateji Yol Xəritəsi:20 min yeni iş yeri açılacaq

 

Strateji Yol Xəritəsi: 20 min yeni iş yeri açılacaq

 

Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sektorunda nəzərdə tutulan prioritetlərin həyata keçirilməsi nəticəsində 2020-ci ildə 2015-ci illə müqayisədə Azərbaycanın real ÜDM-i 1,235 mlrd. manat artacaq. 

Xeberinfo.com:   Bu barədə “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə yer alan məlumatda deyilir.

Sənəddə vurğulanıb ki, burada birbaşa təsirin təxminən 575 mln. manat, dolayı təsirin isə 660 mln. manat olacağı gözlənilir. 

Bundan başqa, ölkənin regionları üzrə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi ilə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sektorunda 20 min yeni iş yeri açılacaq.

Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sektorunda nəzərdə tutulan tədbirlər üzrə 2020-ci ilədək (2015-ci illə müqayisədə) aşağıdakı əsas hədəf indikatorları müəyyən edilib:

- ət istehsalının 20 faiz, süd istehsalının 30 faiz artması;

- pambıq istehsalı, eləcə də emalı üzrə istehsal həcminin ən azı 4 dəfə artması;

- barama istehsalı, eləcə də emalı üzrə istehsal həcminin ən azı 1000 dəfə

artması;

- 2020-ci ilə kimi hər regionda uyğun məhsulların dəyər zənciri üzrə ümumilikdə

25 kiçik və orta sahibkarlıq subyektinin yaranması;

- Əlavə 665 milyon manat maliyyə vəsaitinə çıxış imkanının yaradılması; inzibati rayonlar və sektorlar üzrə ən azı 100 investisiya layihəsinin hazırlanması;

- istehsalçıların suvarma suyu ilə təminatının 20 faiz artması;

- istifadəsiz, lakin kənd təsərrüfatı üçün yararlı torpaqların əkin dövriyyəsinə qaytarılması hesabına ümumi əkin sahələrinin həcminin 5 faiz artması;

- kənd təsərrüfatı məhsulları istehsalçıları tərəfindən minneral gübrələrdən istifadənin 25 faiz artması;

- kənd təsərrüfatı məhsulları istehsalçılarının bitki mühafizəsi vasitələrindən istifadəsinin 25 faiz artması;

- kənd təsərrüfatı məhsulları istehsalçılarının sertifikatlı toxumlardan, eləcə də tinglərdən istifadə səviyyəsinin 90 faizə çatdırılması;

- kənd təsərrüfatı məhsulları istehsalçılarının texnika, maşın və avadanlıqlarla, eləcə də kiçikhəcmli texnika, maşın və avadanlıqlarla təminatının 20 faiz

artması;

- bütün aqraryönümlü ixtisaslar üzrə ali təhsil müəssisələrində təhsil alanların sayının 20 faiz artması;

- özəl baytarlıq xidməti göstərənlərin sayının 30 faiz artması;

- paytaxtda və iri şəhərlərdə 5 "yaşıl market"in və 50 “fermer mağazası”nın

qurulması;

- 2020-ci ilədək ölkədə kənd təsərrüfatı məhsullarının ixracı üzrə 200 fermerin

ixtisaslaşması;

- suvarılan torpaqların 30 faizinin meliorativ vəziyyətinin yaxşılaşdırılması


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam