Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Mərkəzi Kəşfiyyat İdarəsindən şok açıqlama:“Trampı hakimiyyətə Rusiya gətirdi”

Amerikanın xüsusi xidmət orqanları Rusiyanın bu ölkədə keçirilən prezident seçkiləri kampaniyasına müdaxiləsini və Donald Trampın irəliləməsini necə təmin etdiyini sübuta yetirən faktları aşkarlayıb.

 Xeberinfo.com:  Bu sensasion məlumatla “The Washington Post” qəzeti Mərkəzi Kəşfiyyat İdarəsindəki mənbələrə istinadən çıxış edib.

Qəzetin yazdığına görə xüsusi xidmət orqanları Rusiya hakimiyyəti ilə əlaqələrki olan və seçki kampaniyasına müdaxilə edən şəxslərin kimliyini müəyyən ediblər. Həmin şəxslər Demokratlar partiyasının serverlərinə müdaxilə edərək Hillari Klintonun əleyhinə minlərlə kompromatlar əldə edib və onları WikiLeaks saytına ötürüb.

“Həmin şəxslər Rusiyanın Trampın irəliləməsinə yönəlmiş əməliyyatında iştirak ediblər və Hillari Klintonun kampaniyasına zərbə vurublar”-Mərkəzi Kəşfiyyat İdarəsindəki mənbə bildirib. Yüksək rütbəli amerikalı məmur deyib ki, Rusiyanın hərəkətləri namizədlərdən  birinin, konkret olaraq Trampın dəstəklənməsinə yönəlmişdi.

Bildirilir ki, ötən həftə MKİ Rusiyanın seçki prosesinə müdaxiləsinə dair faktları Konqresin bir qrup nüfuzlu üzvü ilə keçirilən qapalı brifinqdə təqdim edib.

Tramp özü isə Rusiyanın onun seçilməsinə yardım etməsi barədə kəşfiyyatın iddialarını “siyasi motivli” adlandırıb. “Bu iddiaları hazırlayanlar vaxtilə Səddam Hüseynin kütləvi qırğın silahlarına malik olduğunu da eynilə iddia edirdilər”-Trampın qərargahı bildirir.

Qeyd edək ki, Tramp seçiləndən sonra da dəfələrlə Rusiya ilə yaxşı münasibətlər quracağı haqda bəyanatlar verib və administrasiyasında mühüm postlara Moskva ilə yaxınlığı olan adamları təyin edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam