Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

İncəsənət Universitetinin yeni rektoru kadr islahatlarına başladı

 

     Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) kadr islahatları aparılıb.

 

"Xeberinfo.com":  Məlumata görə, ADMİU-nun sabiq dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Elmira Alxasova açıqlamasında deyib ki, Fərəh Əliyeva yeni rektor təyin olunandan sonra ali məktəbdə islahatlara başlayıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Kulturologiya” fakültəsini dekanı Abdin Əlizadə və “Sənətşünaslıq” fakültəsinin dekanı Vəfa Əliyev işdən çıxarılıblar. Onlar vəzifədən çıxarılsalar da, ali məktəbdə müəllim olaraq fəaliyyətlərini davam etdirəcəklər.
Xəbəri Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən də təsdiqləyiblər. 
Bildirilib ki, dekanlar öz ərizələri ilə vəzifədən çıxarılıblar. Amma müəllim kimi müvafiq kafedralarda fəaliyyətlərini davam etdirəcəklər.
Qeyd olunub ki, yeni rektor ali məktəbdə şəffaflığın təmin olunması, neqativ halların qarşısının alınması istiqamətində də müvafiq işlər aparır. Tələbələr üçün xüsusi qəbul günləri ayrılıb və mütəmadi görüşlər keçirilir. Universitetdə tələbələrin biliyinin qiymətləndirilməsi zamanı şəffaflıq və istedad əsas meyar olacaq. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam