Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

"Xəcalət çəkdim”:"Samir Şərifovdan bu sözləri eşidəndə"

a_rehimzade“Samir Şərifovun yerli icra hakimiyyəti orqanlarına dotasiyanın kəsilməsi və öz hesabına büdcə formlaşdırılması barədə təklifini eşidəndə xəcalət çəkdim”.
Xeberinfo.com:   Bunu Milli Məclis komitələrinin birgə iclasında 2017-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı parlamentin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə deyib.
Deputat bildirib ki, rayonlarıa dotasiya ayrılmaması və yerli büdcələrini öz gəlirləri hesabına formalaşdırılması dövlətin strateji siyasətinə uyğun deyil və bunun ziddinədir:
“Nəyə görə belə olub? Belə bir qərar verməzdən öncə müəyyənləşdiriləydi ki, rayonlar bu büdcəni hansı mənbələr hesabına formalaşdıracaq?! Yoxsa, avtomatik götürüb bunu 33 rayona tətbiq etmək düz deyil. Get, özünü maliyyələşdir, bu nə deməkdir?”.

Arif Rəhimzadə xüsusi vurğulayıb ki, bu metodun seçilməsi düzgün deyil və ümumi strateji xəttə ziddir.

“Biz çalışmalıyıq ki, yerdə həll olunası məsələnin yerində həll olunmasına nail olaq. Hər şeyi mərkəzə gətirmək düz deyil. Məgər yerdəkilərin ağlı və səviyyəsimi çatmır? Yoxsa, səhlənkarlıq edirlər? Səhlənkarlıq edirlərsə, onlardan tələb etməliyik. Bacarmırlarsa, işdən çıxarılsınlar. Daha yaxşı bacaranları ora qoymaq lazımdır”- deyə Arif Rəhimzadə bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam