Redaktor seçimi
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
Günün xəbəri

““MTN işi”ndən Abutalıbovun da adı çıxacaq”

hacibala“Keçmiş MTN-in quldurları Hacıbala Abutalıbovu da aparıb və ondan lazım olan şeyləri alıblar".
“Eldar Mahmudov, Akif Çovdarov  işi” daha ciddi və dərin araşdırılsa, Hacıbala Abutalıbov bu işlərdə zərərçəkən şəxs kimi keçə bilər”.

Xeberinfo.com:   Bu sözləri tanınmış hüquqşünas Aslan İsmayılov deyib.

Hüquqşünas “MTN işi”ndən danışarkən deyib ki, hazırda cinayət işlərində adı hallanan keçmiş rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovla Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov vaxtilə quda da olublar:

“Düzdür, Əli Abbasovla Hacıbala Abutalıbov arasında qudalıq çoxdan pozulub və artıq onların heç bir yaxınlıq münasibətləri yoxdur.

Amma bir vaxtlar belə xəbər yayılmışdı ki, Hacıbala Abutalıbovun da iş yerinə maskalılar hücum çəkib və merin özünə də maşına basıb aparıblar. Buna görə də “MTN işi”nin içindən Hacıbala çıxsa, ancaq zərərçəkmiş şəxs kimi çıxacaq”.

A. İsmayılov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova yönəlik ittihamlar da səsləndirib:

“Bu gün Hacıbala Abutalıbovun işlərini araşdırsalar, onun da cinayətləri üzə çıxar. Azərbaycanda cinayət törətməyən məmur azdır. Eldar Mahmudovun MTN hadisələri bunu bir daha sübut etdi”.

Hüquqşünas onu da bildirib ki, Əli Abbasov hələ bugünkü əksər nazirlərdən nisbətən ən fağırı olub:

“Əli Abbasovun adı bu gün Eldar Mahmudov və Akif Çovdarovla çəkilir, “MTN işi”ndə hallanır. Amma bir şeyi də insaf naminə demək lazımdır ki, Əli Abbasov indiki nazirlər arasında ən fağırlarından idi. İndi bəzi digər məmirları siz təsəvvür edin ki, nələr törədirlər?!

Yeyintilər, “katyollar”, “şapkalar” bütün nazirliklərdə, digər orqanlarda var”. (modern.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam