Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Baş redaktor Ramil Usubovun qərarını gözləyir

asif mərzili

Artıq 9-cu aydır ki, “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzilinin evi və şəxsi avtomobilinin Bakının düz mərkəzində yandırılması ilə bağlı başlanan cinayət işinin istintaqı davam edir.

Xeberinfo.com:  Xatırladaq ki, 2016-cı ilin martın 14-də, gecə saat 02:50 radələrində əvvəlcə jurnalistin mənzili, 9 iyul 2016-cı il tarixdə isə onun şəxsi avtomobilini yandırılıb. Hər iki fakt üzrə Bakı şəhər Baş Polis İdarəsinin İstintaq İdarəsində 160110484 saylı cinayət işi başlanıb.

Asif Mərzili isə “Azadlıq”a açıqlamasında istintaqın hansı səbəbdən uzanması barədə heç nə deyə bilməyəcəyini söyləyib. “Mən bir müddət əvvəl cənab nazir Ramil Usubovun qəbulunda olmuşam, bu cinayət işi cənab nazirin və Baş Prokuror Zakir Qaralovun şəxsi nəzarətindədir. Nazir Ramil Usubov bu cinayətin üstünün tezliklə açılacağına söz verib və inanıram ki, belə də olacaq. Təbii ki, cinayətin üstünün açılmasındakı bu gecikmə məni və həmkarlarımı da ciddi narahat edir, şəxsən mən özümün və redaksiya əməkdaşlarının təhlükəsizliyinə təminatın olduğuna isə yalnız istintaqın yekun qərarı veriləndə əmin ola bilərik. Hiss edirəm ki, hamı nazir Ramil Usubovun son qərarını gözləyir. Biz də inanırıq ki, nazir tezliklə son qərarını verəcək”, – deyə baş redaktor əlavə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam