Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

“Space TV”-də maaş böhranı

Vüqar Əliyev telekanaldakı işindən ayrılıb

Xeberinfo.com:   Artıq “Space TV”-nin “Hər Gün” informasiya proqramının bölgələr üzrə koordinatoru, jurnalist Vüqar Əliyev öz ərizəsi ilə işdən çıxıb.

Məsələni dəqiqləşdirmək üçün Vüqar Əliyevlə əlaqə saxladıq. O, işdən çıxdığını təsdiqləyib:

“Burada maaşlar verilmir, mən də məcbur qalıb yeni iş axtarmağa qərar verdim. Öz Ərizəmlə işdən çıxdım. Hələ 2 ayımın əmək haqqını da telekanaldan almamışam, deyiblər pul olanda veriləcək”.

“Space TV”-nin icraçı direktoru Kamil Şahverdiyev “Ölkə.Az”-a açıqlamasında bildirib ki, Vüqar Əliyev müqaviləsi bitdiyi üçün telekanaldan ayrılıb:

“Sizin saytda da kimsə işdən çıxır, kimsə gəlir. Kiminsə müqaviləsi bitir, vidalaşırıq, yaxud yenilərini işə qəbul edirik. Bu, normal iş prosesidir və qeyri-adi heç nə yoxdur. Vüqar Əliyevin də müqavilə müddəti bitdi, vidalaşdıq. Telekanalda ixtisarlar və maliyyə böhranı yoxdur. Əksinə, xeyli sayda yeni əməkdaşları işə qəbul etmişik. Kim işləyirsə qalır, kim işləyə bilmirsə, vidalaşırıq. Vüqarla dünən görüşmüşəm və demişəm ki, bu həftənin sonuna kimi gəl həm əməkhaqqını, həm də yekun haqq-hesabını al”.

Xatırladaq ki, jurnalist Vüqar Əliyev “Space TV”-yə qədər “ATV”, “ANS TV” və “Səs TV”-də çalışıb. (Ölkə.Az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam