Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Coğrafiya İnstitutundan “Azəravtoyol”a ağır ittiham

Azərbaycanda sürüşmələrin baş verdiyi avtomobil yollarının əksəriyyətinin çəkilişində böyük səhvlərə yol verilib.

Xeberinfo.com:   Bunu Trend-ə Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Azərbaycanın iqtisadi və siyasi coğrafiyası şöbəsinin müdiri Nəriman Paşayev deyib.

N.Paşayev bildirib ki, Quba-Xaçmaz, Şamaxı-İsmayıllıda (Dağlıq Şirvan) avtomobil yollarının hamısının çəkilişində böyük səhvlərə yol verilib: “Bütün sürüşmələrin çoxu avtomobil yollarının kənarında baş verir. Çünki yolların çoxu meşə sahələrindən, sürüşməyə meyilli ərazilərdən salınıb. Heç birində də istinad divarı yoxdur. Bu isə ərazilərdə sürüşmələri daha da gücləndirib. Muğanlı-İsmayıllı, Lənkləran-Lerik, Quba-Xınalıq, Quba-Qəçreş yolunda, Ağsu aşırımında davamlı olaraq sürüşmə gedir. Ağsu aşırımının kənarında tullantı sularının axıdılması nəticəsində orada süxurlar daim yaş olur. Yağıntılar isə bunu daha da artırır. Digər tərəfdən, Ağsu aşırımına ağırtonnajlı maşınların buraxılmasına icazə yoxdur. Amma həmin yola bu tip avtomobillər buraxılır. Buna görə də Ağsu aşırımı mütəmadi sürüşməyə məruz qalır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam