Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Ceyranbatan yolunun təmiri niyə gecikir ? - Rəsmi açıqlama

 

Ceyranbatan yolunun təmiri niyə gecikir ?

 

Bakı-Quba  avtomobil yolunun Ceyranbatan qəsəbəsindən keçən hissəsində uzun müddətdir ki, təmir-bərpa işlərinin aparılması sürücüləri və sakinləri narahat edir.

Xeberinfo.com:  Avtomobil yolunun Bakı istiqamətinə doğru 1 km-lik ərazisində aparılan təmir işləri artıq neçə aydır ki, həmin istiqamətdə hərəkət edən avtomobillərin bir zolaqdan hərəkət etmələrinə səbəb olub. Və bu bəzən uzun tıxaclara səbəb olur. 

Bəs, yol təmirinin gecikdirilməsinə səbəb nədir və yol nə zaman istifadəyə verilə bilər?

"Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Qaynarinfo.Az-a açıqlamasında bildirdi ki, yol təmiri işlərinin tez bir zamanda istifadəyə verilməsinə dair işlər görülür:

"Bu yolda ümumiyyətlə, drenaj sistemi yox idi. Hazırda yolun drenaj sisteminin qurulması idi və bu işlər yekunlaşmaq üzrədir. Yol təmirinin gecikməsinin bir sıra səbəbləri var. Hazırda həmin problemlərin aradan qaldırılması istiqamətində addımlar atılır. Yolun tam istifadə verilməsi ilə bağlı dəqiq vaxt deyə bilməyəcəm. Hava şəraitindən də çox şey asılıdır. Ancaq çalışırıq ki, tez bir zamanda yol istifadəyə verilsin. Biz də bilirik ki, yolda aparılan təmir işləri nəqliyyatın hərəkətində maneələr yaradır. Ən çətin mərhələ drenaj sisteminin qurulması idi. Artıq yekunlaşmaq üzrədir. Bundan sonra 1 km-lik hissəsinə 28 sm qalınlığında monolit-beton töküləcək".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam