Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Nazir ciddi kadr dəyişiklikləri etdi

 

          Müdafiə Nazirliyində ciddi kadr dəyişikliyi həyata keçirilib. 

    "xeberinfo.com": Nazirliyin mətbuat xidmətindən əldə etdiyimiz məlumata görə, müdafiə naziri Zakir Həsənovun əmri ilə Silahlı Qüvvələrdə bir sıra mühüm postlara yeni təyinatlar həyata keçirilib. Əmrə əsasən, Ali Hərbi Məktəbin rəisi, general-mayor Heydər Piriyev Azərbaycan Silahlı Qüvvələrinin Akademiyasının rəisi vəzifəsinə təyin edilib.

 

      Daha bir kadr dəyişikliyi Hərbi Polis İdarəsində baş verib. İdarəsinin rəisi, polkovnik Füzuli Salahov vəzifəsindən azad edilərək C.Naxçıvanski adına Hərbi Liseyinə rəis təyin olunub. Hərbi Polis İdarəsinin rəisi vəzifəsinə isə polkovnik-leytenant Azad Ağayev təyin edilib. 

     Müdafiə naziri Zakir Həsənovun bu sonuncu təyinatı adıçəkilən qurumda şok effekti yaradıb. Çünki A. Ağayev vaxtilə Bakı şəhər Qarnizonunun Hərbi Polisinin rəisi olub və işdə yol verdiyi çox ciddi nöqsanlara görə, ordu sıralarından uzaqlaşdırılıb. Onu da qeyd edək ki, polkovnik Füzuli Salahov Sərhəd Qoşunlarında hərbi hissə komandiri, daha sonra Daxili Qoşunlarda idarə rəisi vəzifəsində çalışıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam