Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

"Nə qədər yağış yağsa da, sistem yaxşı işləməlidir"

“Aramsız yağışlar zamanı Bakı küçələrini su basması, keçilməz gölməçələrin yaranması ürəkaçan mənzərə deyil. Belə halların qarşısını almaq üçün ciddi tədbirlər görülməlidir”.

 

Xeberinfo.com:  Bunu azvision.az-a millət vəkili Vahid Əhmədov deyib. Deputat hesab edir ki, son illər ölkədə həm kanalizasiya sisteminə, həm də yol təsərrüfatının yaxşılaşdırılmasına külli miqdarda vəsait xərclənib. 

Millət vəkili bildirib ki, yollar çəkilərkən yağıntının çox olması nəzərə alınsaydı, belə hallar yaşanmazdı.

“Nəzərə almaq lazımdır ki, son bir neçə gün ərzində yağıntının miqdarı həddən artıq çox oldu. Ola bilər ki, kanalizasiya sistemi çatdırmadı və bu səbəbdən küçələri su basdı, gölməçələr yarandı. Əslində bunlar nəzərə alınmalı idi. Digər tərəfdən Bakı şəhər İcra Hakimiyyəti mütəmadi olaraq bu məsələləri müvafiq qurumlar qarşısında qaldırmalıdır. Həmçinin küçələrin vəziyyətinə baxılmalıdır. Bu işlə məşğul olan idarələrə ciddi tapşırıq vermək lazımdır ki, sonra acınacaqlı vəziyyət yaranmasın. Hərə öz üzərinə düşən vəzifəni düzgün yerinə yetirsə, problem olmaz. Sözsüz ki, nə qədər yağış yağsa da, sistem yaxşı işləməlidir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam