Redaktor seçimi
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Günün xəbəri

Direktor oğluna görə işdən qovuldu

 

Azərbaycanda son günlər vəzifəlilərin övladları valideynlərinin qəniminə çevrilib. Yüksək vəzifəli məmur balalarının etdiyi əməllər sonda atalarının başında çatlayıb. 

 

  "xeberinfo.com" saytı olaraq biz də bu kimi xoşagəlməz hadisələrlə dəyərli oxucularımızı məlumatlandırırıq. Bu barədə daha bir məlumat əldə etmişik. Belə hallardan biri də təhsil sistemində baş verib. Məktəb direktoru azyaşlı məktəbliyə qarşı əxlaqsızlıq edən oğlunun güdazına gedib. Məlumata görə, Ucar rayon icra hakimiyyətinin yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Şükür Məmmədov  açıqlamasında 3 saylı Bağman kənd məktəbinin direktoru Binyət Binyətovun oğlunun əməllərinə görə işdən çıxarıldığını bildirib. Onun sözlərinə görə, direktorun 23 yaşlı oğlu Daşqın elə həmin məktəbin 13 yaşlı şagirdi ilə əxlaqsız hərəkətlər etdiyinə görə həbs edilib, atası isə təhsil sistemindən uzaqlaşdırılıb.

    Ucar rayon Bağman kənd orta məktəbinin direktoru Binyət Binyətovun 23 yaşlı oğlu Daşqın 7-ci sinif şagirdi A.Z.-ni yoldan çıxararaq əxlaqsızlığa vadar edib. Direktor oğlu məktəblinin uşaqlığından istifadə edərək onu sms vasitəsilə yoldan çıxarıb. Sonra isə qızı sms vasitəsilə yaşadığı evin hasarının yanına çağırıb. Orada qızla əxlaqsız hərəkətlər edib. Sonradan bu münasibət mütəmadi hal alıb. Onların bir-birinə yazdıqları əxlaqsız smslər də ortaya çıxıb.

Bu məsələnin üstünü qızın valideynləri açıblar. Onlar polisə şikayət edərək övladlarının bakirəliyinin pozulduğunu iddia etsələr də, ekspertizada bu təsdiqini tapmayıb. Lakin D.Binyətov yetkinlik yaşına çatmayan qızla etdiyi əmələ görə Cinayət Məcəlləsinin əxlaqsız hərəkətlər (153-cü) maddəsi ilə təqsirli bilinərək həbs edilib. Hazırda cinayət işi baxılması üçün rayon məhkəməsindədir. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam