Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Yeni qızıl yatağı tapıldı

 

20c21c3d-6de8-4c58-9c59-ad1900835041_292

Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın “Anglo-Asian Mining Plc.” şirkəti “Gədəbəy” yatağında yeni mənbədə qızıl kəşfiyyatı üçün yeni lisenziya alıb. 

Xeberinfo.com:  “Report” xəbər verir ki, yeni yataq “Uğur” adlandırılıb.

“Ugur” şirkətin qələviləşdirilmiş plantasiyasının 3 km Şimal-Qərbində yerləşir. Aparılmış testlər və qazıntı nümunələri ərazidə 87% qızıl olduğunu müəyyən etməyə imkan verib.
Şirkətin baş icraçı direktoru Reza Vəziri deyib ki, bu yatağın çox böyük əhəmiyyəti var: “İnanıram ki, “Anglo-Asian” çox əhəmiyyətli mövqedədir və bu mövqe onun minerallarla zəngin olan “Gədəbəy”də davamlı olaraq hasilatına şərait yaradacaq”.
Məlumata görə, aparılmış 20 müxtəlif testin nəticəsində aşkar edilib ki, qiymətli metal 360 metr dərinliyə qədər yerləşir. Əsas diqqət çəkən isə 34 metrə qədər hər ton üçün 0,39 qram, 13 metrə 0,83 q/t və 35 metrə 5,45 q/t-dur.
Açıqlamada qeyd edilir ki, gələcəkdə “Uğur”un kəşfiyyat ərazisi 1 500 metrə qədər cənuba genişləndiriləcək.
Artıq “Anglo-Asian Mining Plc.” işin ilkin fazasında ümumi dərinliyin ölçülməsi və minerallaşmanın xüsusiyyətlərinin öyrənilməsinə başlayıb. Əsas işlərə isə 2017-ci ildə başlanması nəzərdə tutulur.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam