Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Azərbaycan Texniki Universitetində “Nar” günü keçirildi - FOTOLAR

Azərbaycan Texniki Universitetində “Nar” günü keçirildi - FOTOLAR

 

 

“Nar” fərqlənən tələbələr üçün xüsusi mükafat təsis etdi

 

Xeberinfo.com:   “Nar” özünün KSM strategiyası çərçivəsində Azərbaycan Texniki Universiteti (AzTU) ilə əməkdaşlıq əlaqələrini uğurla davam etdirir. Bir neçə ay öncə Azərbaycan Texniki Universitetində xüsusi avadanlıqlarla təchiz edilmiş “Nar” laboratoriyasının açılışını edən mobil operator AzTU ilə olan əlaqələrini müxtəlif istiqamətlərdə inkişaf etdirir.

 

13 oktyabr 2016-cı il tarixdə AzTU-da təşkil edilən “Nar” günü proqramı çərçivəsində tədris semestrinin sonunda ən yaxşı tələbələrin seçiləcəyi barədə elan verildi. Beləliklə, hər semestrdə ən yaxşı nəticələri göstərmiş 3 tələbə artıq “Nar” tərəfindən xüsusi hədiyyələrlə təltif ediləcək. İmtahan sessiyasında göstərdikləri nəticələrə uyğun olaraq, 1-ci, 2-ci və 3-cü yerləri tutmuş tələbələr mobil operatordan dəyərli hədiyyələr qazanacaqlar. Təhsil və maariflənmənin inkişafına xüsusi önəm verən “Nar”-ın bu təşəbbüsü tələbələrə dərslərində daha uğurlu olmaları üçün əlavə stimul verəcək.   

 Azərbaycan Texniki Universitetində “Nar” günü keçirildi - FOTOLAR

Xatırladaq ki, Azərbaycan Texniki Universiteti ilə imzalanmış tərəfdaşlıq müqaviləsi çərçivəsindəuniversitetdə “Nar” GSM laboratoriyası yaradılmış, tələbələr GSM sahəsi üzrə müxtəlif nəzəri biliklər və təcrübə əldə etmək fürsəti qazanmışlar. “Nar”-ın müasir telekommunikasiya avadanlığının quraşdırıldığı xüsusi laboratoriyada peşəkar texniki işçi heyəti tərəfindən tələbələr üçün təlimlər və seminarlar keçirilir. Proqram çərçivəsində praktiki biliklərini inkişaf etdirən bir qrup gənc ixtisaslı kadr kimi yetişmək üçün mobil operatorda ilk addımlarını atmışdır. Universitetdəki laboratoriyanın təchizatı və tələbələr üçün nəzərdə tutulmuş təcrübə proqramı “Nar”-ın gənclər və təhsilə yönəlmiş KSM strategiyası çərçivəsində həyata keçirilir.

 

 

“Nar” KSM strategiyası haqqında daha ətraflı məlumatı nar.az saytından öyrənmək olar.  


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam