Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Beytulla Hüseynov 12 milyon mənimsəməkdə ittiham edilir

Beytulla Hüseynov 12 milyon mənimsəməkdə ittiham edilir
Ötən il həbs edilən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yüksək vəzifəli şəxslərindən biri, Beytulla Hüseynovun nədə ittiham olunduğu bəlli olub.

Xeberinfo.com:   “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin baş direktoru olan Beytulla Hüseynov Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsənə) maddəsi ilə ittiham olunur. Bu epizod üzrə B.Hüseynovun dövlət büdcəsindən təxminən 12 milyon manat mənimsədiyi aşkarlanıb.

Belə ki, B.Hüseynov rabitə tikililərinin inşa edilməsi üçün büdcədən ayrılan pulları faktiki olaraq özünün rəhbəri olduğu, formal olaraq isə Emin Məmmədov və Bayram Vəliyevin idarə etdiyi şirkətlər vasitəsilə “yuyub”.

Yəni, binaların inşası, telefon və internet xətlərinin çəkilməsi üçün elan edilən tenderdə qanunsuz müdaxilə ilə bu şirkətlər qalib elan olunub. B.Hüseynov bunun müqabilində isə ayrılan pulun 35-40 faizini özünə götürüb. Uzun müddət bu formada işləyib və ümumi olaraq dövlətin 12 milyon manatını bu yolla mənimsəyib.

Qeyd edək ki, Beytulla Hüseynov, Emin Məmmədov, Bayram Vəliyevə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi açılıb. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam