Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Penitensiar xidmətin “işgəncə kralı” işdən qovuldu

penitensiar xidmetƏdliyyə Nazirliyi Penitensiar Xidmətinin 6 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi,ədliyyə polkovniki Əli Əmirov tutduğu vəzifədən azad edilib.

Xeberinfo.com:   Bu barədə Penitensiar xidmətdəki mənbədən məlumat verilib.

Mənbənin sözlərinə görə, Ə.Əmirov təxminən bir həftə bundan öncə vəzifəsindən azad olunub. Onun yerinə Baş nazirin müavini Abid Şərifovun yaxın qohumlarından biri təyin edilib.

Xəbəri dəqiqləşdirmək üçün Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsi ilə əlaqə saxladıq.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov məlumatı təsdiqlədi.M.Sadıqov faktı təsdiqləsə də, yeni rəisin kimliyi barədə məlumat verməkdən imtina edib.

Qeyd edək ki, 6 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Əli Əmirov Penitensiar Xidmət sistemində məhbuslara qarşı amansız işgəncələr vermə ilə ad çıxarıb.

Xatırladaq ki, bir neçə ay bundan əvvəl 6 saylı Cəzaçəkmə Müəssisəsində onun tərəfindən məhbuslardan birinin döyülərək öldürülməsi barədə də mətbuatda məlumatlar yayılmışdı. (Gununsesi.info)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam