Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Siqareti bahalaşdıran deputat

Siqareti bahalaşdıran sələmçi deputat çıxdı

 

Sələmçi deputat bu dəfə siqareti bahalaşdırması ilə gündəmə gəlib

Xeberinfo.com:   Millət vəkili Rüfət Quliyevin rəhbəri olduğu “EUROPEAN TOBACCO Baku” fabriki qiymət artımına yol verib.

Politika.Az-a daxil olan xəbərə görə, faizə pul verməsə ilə bağlı məhkəmə çəkişməsində olan R.Quliyevin növbəti qalmaqalı siqaret bazarında bahalaşma yaratmasıdır. 

Yay mövsümündə iki neqativ faktla ölkə rəhbərliyinin diqqət mərkəzinə düşən lənkəranlı deputatın sonuncu addımı da ciddi etirazla qarşılanıb. 
Xalqı zəhərləyərək milyonlar qazanan millət vəkilinin bizneslə məşğul olmasına “gözün üstə qaşın var” deyən də yoxdur. Halbuki, qanunla deputatın biznes fəaliyyəti qadağandır. Azərbaycanda isə illərdir ki, “EUROPEAN TOBACCO Baku” fabrikinə deputat rəhbərlik edir. 

Şirkət “British American Tobacco” və “İmperial Tobacco Group” kimi qlobal şirkətlərlə birgə “Viceroy” və “Prima De Luxe” siqaret brendlərini istehsal edir.

“European Tobacco”nun potensial gücü Azərbaycanda siqaretə tələbatın 80-85 faizini qarşılamağa imkan verir. Bu isə R. Quliyevin İdarə Heyətinin sədri olduğu “European Tobacco Baku” ASC-nin həm də inhisarçılıqla məşğul olduğunu göstərir. 

Buradan belə görünür ki, əslində monopoliyaya qarşı qanunların qəbul edilərək onların reallaşmasına maneə olan məmurlardan biri də məhz Rüfət Quliyevin özüdür. Bildirildiyinə görə o nazirlərin, yüksək çinli məmurların istəyilə parlamentə düşməyi bacarıb.

Yada salaq ki, Azərbaycanda bir sıra siqaretlərin qiyməti 20-40 qəpik civarında artıb. Satış məntəqələrində əvvəlki satış qiyməti 2 manatdan yuxarı olan siqaretlər 30 qəpik, 2 manatdan aşağı olanlar isə 20 qəpik bahalaşıb. 

Siqaretlərin qiymətlərində artım olması isə narazılıqla qarşılanıb. Qiyməti bahalaşan siqaretlərin əksəriyyəti deputatın fabrikində istehsal olunur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam