Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

“Apple”ə cəza verildi – 13 milyard dollar

apple

Dünyanın ən dəyərli şirkətlərindən ABŞ-ın texnologiya nəhəngi “Apple”ın, İrlandiya hökumətinə ödəyəcəyi vergi cəzası müəyyən olub.

Xeberinfo.com:    Məlumata görə, Avropa Birliyi Komissiyasında 3 ildir davam edən vergi istintaqında son qərar bu gün verilib. 13 milyard dollarlıq cəza, bu günə qədər dünyada görülən ən böyük miqdardır.

“Apple”in İrlandiya hökuməti ilə xüsusi razılaşmalar əldə edərək buradakı şirkətləri vasitəsilə görülən işlərin çox aşağısında vergi ödədiyi iddia edilir. “Apple” və İrlandiya hökuməti ittihamları rədd edərkən Avropa Birliyinin bu istiqamətdəki qərarına etiraz etmələri gözlənilir.

“Apple” rəsmisi Tim Cook, 5 min 500 adamı məşğulluq etdikləri İrlandiyada bütün vergilərini ödədiklərini iddia edir. Avropa Birliyi Komissiyası daha əvvəl də Amerika qəhvə zənciri “Starbucks” və avtomobil istehsalçısı şirkəti “Fiat Chrysler”i də Avropadakı vergi siyasəti səbəbindən cəzalandırmışdı.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam