Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Nazirin yanındakı sirli adam məşhur milyarder imiş

Xəbər verdiyimiz kimi, Qəbələ şəhərində növbəti dəfə “Mürəbbə” festivalı keçirilib.

Xeberinfo.com:   Həmin festivalda mədəniyyət və turizm naziri ilə Əbülfəs Qarayevlə eyni masada fikir mübadiləsi aparan narıncı rəngli paltarı ilə diqqət mərkəzində olan əcnəbinin kimliyi müzakirəyə səbəb olub.

Həmin şəxslə bağlı kiçik araşdırma nəticəsində onun kimliyi məlum olub.

Belə ki, nazirin yanında duran şəxs məşhur hindistanlı Baba Ramdevdir. Hindistanın ən məşhur yoqa ustası olan Baba Ramdev 1965-ci il dekabr ayının 25-də anadan olub. O Hindistanda yoqa məktəblərinin rəhbəridir və bu sahədə ən məşhur adamlardandır. Ramdevin yoqa məktəbləri Hindistanla yanaşı Böyük Britaniyada, ABŞ-da, Nepalda, Kanadada fəaliyyət göstərir. O həmçinin ölkənin gizli milyarderlərindəndir.

Ramdevin azərbaycanlı nazirlərlə yaxın dost olduğu və onların dəvətiylə Qəbələyə gəldiyi də deyilir.

Qeyd edək ki, “Mürəbbə” festivalı Qəbələ rayon İcra Hakimiyyətinin, Mədəniyyət və Turizm Nazirliyinin Milli Kulinariya Mərkəzinin, Azərbaycan Milli Kulinariya Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutub. (azxeber.com)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam