Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Klinton: 288, Tramp: 174, tərəddüd edən: 76

tramp-klintonNoyabrın 8-i ABŞ-da prezident seçkisi keçiriləcək. Prezidentliyə iki şanslı namizəd var: Respublikaçılar Partiyasından Donald Tramp, Demokratlar Partiyasından Hillari Klinton.

Xeberinfo.com:  ABŞ-da prezidenti ştatların seçki günü müəyyənləşdirdiyi xüsusi nümayəndələrdən ibarət Seçicilər Kollegiyası seçir. Hər ştatın ABŞ Konqresində təmsilçilərinin sayı qədər nümayəndə seçmək hüququ var.

Ştatların neçə nümayəndə seçməsi onların əhalisinin sayına bağlıdır. Məsələn, Kaliforniya ştatını Seçicilər Kollegiyasında 55 seçici, Texası 38, Nyu-York və Floridanın hər birini 29 seçici təmsil edir. Bir çox ştatın, o cümlədən paytaxt Vaşinqtonun yerləşdiyi Kolumbiya dairəsinin cəmi 3 səsi var.

Transparency.az bildirir ki, prezident seçilmək üçün 538 nümayəndədən 270-nin səsini qazanmaq lazımdır. Prezidentliyə namizədlərin heç biri bu qədər səs qazanmasa, dövlət başçısını Konqresin Nümayəndələr Palatası seçir.

Nbcnews.com-un məlumatına görə, seçki indi keçirilsə, Hillari Klinton 288 səs toplayar. Donald Trampın 174 səsi var. 76 nəfər iki namizəd arasında tərəddüd edir.

Donald Tramp 1946-cı ildə Nyu-York ştatında doğulub. Nyu-York Hərbi Akademiyasını və Pensilvaniya Universitetinin Uorton Biznes Məktəbini bitirib. Tikinti maqnatıdır.

Hillari Klinton 1947-ci ildə Çikaqoda doğulub. Yel Universitetinin hüquq fakültəsini bitirib. 1993-2001-ci illərdə prezident postunu tutmuş Bill Klintonun xanımıdır. 2009-2013-cü illərdə ABŞ-ın dövlət katibi olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam