Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

İbrahimbəyov villasını 1 milyona satdı

İbrahimbəyov villasını 1 milyona satdı

 

Milli Şuranın fəxri sədri, kinodramaturq Rüstəm İbrahimbəyovun dəbdəbəli villası satılıb

Xeberinfo.com:  Politika.Az-ın əldə etdiyi məlumatda İbrahimbəyovun Şamaxıdakı malikanəsinə başqasının sahib çıxdığı bildirilir. MŞ ideyası müəllifinin villası 1 milyon manata satılıb. 

İmarətin kim tərəfindən alındığı açıqlanmasa da, müxalif yazıçının Azərbaycanda əmlaklarını saxlamaq istəmədiyi vurğulanır. 2013-cü il prezident seçkilərində ölkəyə gəlməyən İbrahimbəyov həbs olunacağını güman edirdi. 

Seçkilərdən sonra ssenarist siyasi fəallığını sıfıra endirdi və Milli Şura ilə əlaqələri kəsdi. Ondan sonra mülklərini satmağa başladı. 

Rüstəm İbrahimbəyov 5 fevral 1939-cu ildə Bakı şəhərində anadan doğulub. O, Azərbaycanda və bütün dünyada peşəkar ssenarist, dramaturq və rejissor kimi tanınır. 
Ssenarisini yazdığı Səhranın Bəyaz Günəşi (1970) filmi bir vaxtlar keçmiş SSRİdə ən çox baxılan filmlərdən olmuşdur. Bu filmdən sonra sonra o artıq kinematoqraflar arasında taninmağa başladı.

İbrahimbəyov həmçinin dünyanın 100 teatrında səhnələşdirilən 15 pyesin müəllifidir. Rüstəm İbrahimbəyov indi Filmmeykerlər İttifaqı Konfederasiyasının (FİK) sədri, Rusiya Filmmeykerlər İttifaqının katibi, Avropa Film Akademiyasının və Kinofilm Yaradıcılığı Akademiyası və Elmi təşkilatının üzvüdür. 

2013-cü il seçkilərində müxalifətin vahid namizədi olmuş İbrahimbəyov ikili vətəndaşlıq probleminə görə vətənə gəlməyib. Onun yerinə Cəmil Həsənli vahid namizəd olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam