Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Baş redaktor DTX-nın rəisinə müraciət etdi

 

Baş redaktor general - leytenant Mədət Quliyevə MÜRACİƏT etdi - YENİLƏMİBBaş redaktor general - leytenant Mədət Quliyevə MÜRACİƏT etdi - YENİLƏMİB
Xeberinfo.com:   Sonolay.org saytnın baş redaktoru, jurnalist Ramin Məhəmmədoğlu cənab Mədət Quliyevə müraciət edərək, onun və ailəsinin bir vətəndaş kimi təhlükəsizliyinin təmin olunmasının birbaşa DTX-nin nəzarətə götürməsini və bu müraciətin ciddiyə alınmasını xahiş edir. 
Həyatının təhlükədə olduğunu bildirən baş redaktor eyni zamanda da ölkə başçısına və Baş Prokurora müraciət edib. 
«İnanıram ki, daim vətəndaşların təhlükəsizliyini təmin etməyi özünə borc bilən DTX – nin rəisi cənab Mədət Quliyev bu dəfə də, jurnalist olaraq mənim müraciətimə önəm verərək, ona xüsusi diqqət ayıracaq. Hər zaman hüquqi normalara əsaslanan və vətəndaşların təhlükəsizliyini təmin etmək üçün fəaliyyət göstərən DTX-nin rəhbərliyi ona etdiyim müraciətlə biganə qalmayacaq».

Qeyd edək ki, baş redaktorun DTX-nə müraciət etməsinin səbəbi isə onun Beyləqan şəhər Bələdiyyəsinin sədri tərəfindən ölümlə təhdid olunmasıdır. Belə ki, Bələdiyyə sədri barəsində Sonolay.org saytında gedən tənqid yazılar bələdiyyə sədrini özündən çıxarıb . Bələdiyyə başkanı Novruz Quliyev 13.08.2016-ci il tarixində saat 17 : 02-də idarə etdiyi avtomobili ilə saytın baş redaktoru Ramin Məhəmmədoğlunun avtomobilini təqib edərək Beyləqan şəhər magistralında "Real Market" ticarət mərkıəzinin qarşısında yolunu kəsərək təhdid etmiş, onu məhkəməyə verəcəyi və həbsinə nail olacağı ilə hədələmişdir. Bələdiyyə sədri baş redaktora hədəylə bildirmişdir ki, barəsində yazılanlar Sonolay.org saytından çıxarılmasa, onun üçün heç də yaxşı olmayacaq. Bu barədə jurnalist R. Məhəmmədoğlu məlumat verərək bildirmişdir ki, özü ilə birgə maşında ailə üzvləri də olmuşdur. 

P.S. Ümid edirik ki, cənab Mədət Quliyev gərəkən addımları atmaqla Azərbaycanda heç bir vətəndaşın, eyni zamanda jurnalistin hüquqlarının tapdanmasına yol verilmədiyini bir daha sübut etmiş olacaqdır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam