Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Böhran metronu da "vurdu"

azadliq-metrostansiyaXeberinfo.com:   Metropolotenin mətbuat xidmətindən bildiriblər ki, şərti adı «B3» olan stansiya 2018-ci ildən tez istifadəyə verilməyəcək
«Bakı Metropoliteni» QSC 25 ədəd yeni eskalator almağı nəzərdə tutur. Onların 17-si tikilməkdə olan və şərti «B3» adı verilən stansiyanın çıxışlarında quraşdırılacaq. Qalan 8 eskalatorsa «Xətai» və «Sahil» stansiyalarında mövcud olanların yenilənməsində istifadə ediləcək.
Ceyhun Səlimov (keçmiş Papanin) küçəsində, Mərkəzi Hərbi Hospitalla üzbəüz yerləşən yeni metro stansiyasının tikintisi bu il yekunlaşdırılmalıydı. Metropilitenin rəhbəri Zaur Hüseynov mediaya müsahibəsində stansiyanın 2016-cı ildə açılacağınıbənövşəyi xətt üzərində tikilən növbəti «B4» şərti adlı stansiyanın (Cəlil Məmmədquluzadə küçəsində, 1 saylı Mərkəzi Klinik Xəstəxanasının arxasında) 2017-ci ildə istifadəyə veriləcəyini bildirmişdi.

Metropolitenin mətbuat xidməti bildirir ki…

Metropolotenin mətbuat xidmətindən AzadlıqRadiosuna bildiriblər ki, «B3» stansiyası 2018-ci ildən tez istifadəyə verilməyəcək. Bu stansiyada əlil sərnişinlərə 3 lift də quraşdırılacaq. Eskalator və liftlərin alınma, quraşdırılma və sazlanmasını təmin edəcək təchizatçı tenderlə müəyyənləşdiriləcək.
Gecikmənin səbəbi açıqlanmır. Bu il dövlət investisiya vəsaitlərinin bir hissəsinin (1 milyard 976,8 milyon manat) bölgüsündə Bakı Metropoliteninə vəsait nəzərdə tutulmamışdı.
Bakı metropoliteni xətlərinin konseptual inkişaf sxeminə görə, III (Bənövşəyi) metro xətti üzərində Bakı Beynəlxalq Avtovağzalından Qaraçuxur qəsəbəsinədək 12 stansiya tikiləcək. Bu xəttin ümumi uzunluğu 18,1 km olacaq. Bu il xəttin ilk iki stansiyası («Avtovağzal» və «Əcəmi-2») iki il geçikmə ilə istismara verilib.

HP-nin hesabatında deyilir ki…

Ötənilki dövlət büdcəsinin icrasına dair Hesablama Palatasının (HP-nin) hesabatında deyilir ki, «Bakı Metropoliteni» QSC 2015-ci ildə əsaslı vəsait qoyuluşundan ayrılan vəsait hesabına 199 milyon 229,6 min manat xərcləyib. Pullar metropolitenin obyektlərində tikinti və yenidənqurma işlərinə, avadanlığın alınmasına, infrastrukturun köçürülməsinə, torpaq və obyektlərin satın alınmasına sərf edilib.
Hesabatda o da göstərilir ki, ötən il Bakı Metropoliteninə dövlət zəmanəti ilə 240 milyon manat daxili borc verilib və bunun 145 milyon 460 min manatlıq hissəsi istifadə olunub. (Azadlıq.org)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam