Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Referendumdan sonra “Gülən əməliyyatı” başlayacaq - ŞOK İDDİA

Bakı «gülənçilər»i sıradan çıxarmaq üçün Ankaradan vaxt istəyib

Xeberinfo.com:   Konstitusiyaya dəyişikliklərlə bağlı sentyabrın 26-da keçiriləcək referedumdan sonra Azərbaycanda “Gülən əməliyyatı” başlaya bilər. Redaksiyamıza daxil olan məlumatda iddia edilir ki, bununla bağlı Bakı ilə Ankara arasında razılaşma var.

Məlumata görə, bu səbəbdəndir ki, Türkiyədə keçirilən “Gülən əməliyyatı” çərçivəsində SOCAR-ın hədəfə gətirilməsinə rəğmən rəsmi Ankara “gülənçilər”in bu şirkətdən tamamilə təmizlənməsinə tələsmir. Qeyd edək ki, “SOCAR Türkiyə”də artıq iki dəfə əməliyyat keçirilib. Türkiyə mətbuatı isə SOCAR-ın rəhbərliyində Fətullah Gülənə bağlı şəxslərin təmsil olunduğu barədə məlumatlar dərc edir. Hətta həmin məlumatlarda SOCAR-ın “Gülən camaatı”nın əsas maliyyə qaynaqlarından olduğu barədə iddialar da yer alır.

SOCAR-ın prezidenti Rövnəq Abdullayevlə Türkiyə prezidenti Rəcəbr Tayyip Ərdoğanın görüşündən sonra isə bu məlumatlar bir qədər səngiyib. Görüşdə, “SOCAR Türkiyə” ətrafında baş verənlər barədə müzakirə aparıldığı istisna edilmir. Ərdoğanın Gülənlə bağlı məsələdə prinsipial mövqe tutduğunu nəzərə alsaq, onun hansısa şərtlər irəli sürdüyünü söyləmək olar.

Məlumata görə, elə bu görüşdən sonra Bakı Ankaradan referenduma qədər vaxt istəyib. Ona görə də Ərdoğan SOCAR məsələsində bir qədər yumşalıb.

Qeyd edək ki, bundan əvvəl yayılan məlumatlarda Türkiyə hüquq-mühafizə orqanlarının Azərbaycanda birgə əməliyyatlar keçirmək istədiyi bildirilirdi.(Azadliq.info)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam