Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

“Hökumətdən islahatlar gözləmək, özünü aldatmaqdır”

vidadi-mirkamal2Xeberinfo.com:  Hökumət 2016-cı ili ölkə üçün islahatlar ili olacağını vəd etmişdi. İqtisadi, siyasi, sosial sahədə olan islahatlar əhalinin güzəranını dəyişməli idi. Amma cari ilin 7 ayının arxada qalmasına baxmayaraq, ortada heç bir ciddi dəyişiklik görülmür. Əksinə proseslər daha da neqativ istiqamətdə inkişaf edir.

Mövzu ilə bağlı fikirlərini bölüşərkən vəkil Vidadi Mirkamal deyib ki, Azərbaycanı elə bir duruma salıblar ki, bundan sonra bu ölkədə islahatlar aparmaq sadəcə mümkün deyil: “2016-cı ilin islahatlar ili olmağını yalnız hökumət nümayəndələri vəd edə bilərdilər. Bu iqtidar hakimiyyətdə olduğu dövrdə ölkədə ciddi islahatların aparılması mümkün olmayacaq. Çünki, bunların islahatlar etməyə kifayət qədər vaxtı olmur. Biz illərlədir ölkədə zəruri olan iqtisadi, siyasi, sosial islahatların aparılmasından danışmışıq. Amma hökumət yalnız islahat görüntüsü yaratmaqla məşğul olub. Belə olan halda heç bir real dəyişiklikdən danışmağa dəyməz. Bu qədər neft pullarının gəldiyi dövrdə geniş imkanlar yaranmışdı ki, köklü islahatlar aparılsın. Amma təəssüflər olsun ki, bu islahatların heç biri baş vermədi. Azərbaycanı elə bir duruma salıblar ki, bundan sonra bu ölkədə islahatlar aparmaq sadəcə mümkün deyil. Mən bu vaxta qədər bu hökumətin islahatlar aparacağına inanmamışam və bundan sonra da inanmayacağam. 2016-cı ildə də hökumətin islahatlar adı altında hansı işləri gördüklərini hər kəs görür. İnsanların durumu günü gündən ağırlaşır. Hökumət isə devalvasiyaya gedir, iqtisadi durum gün gündən çətinləşir. Referendum yolu ilə konstitusiyaya dəyişiklik edirlər. Yəni, bu hökumət yalnız bu cür dəyişikliklərə qadirdir. Bundan sonra hökumətdən islahatlar gözləmək, yalnız özünü aldatmaq olar”. (Deyerler.org)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam