Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Rövnəq Abdullayev baş nazir postu uğrunda mübarizədən geri çəkilib

rovneq1Türkiyədəki hadisələr ARDNŞ prezidentinin karyerasını şübhə altına alıb

Xeberinfo.com:   Azərbaycanın baş naziri postuna iddialılardan hesab edilən Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev artıq Artur Rəsizadənin postu uğrunda mübarizədən geri çəkilməyə məcbur olub. Bu barədə redaksiyamıza daxil olan məlumatda iddia edilir ki, Rövnəq Abdullayevin geri çəkilməsinə səbəb Türkiyədə baş verən hadisələrdir.

Məlumat üçün deyək ki, rəsmi Ankara Türkiyədəki uğursuz hərbi çevriliş cəhdini Fətullah Gülənlə bağlayır. Çevrlişin qarşısı alınandan sonra Türkiyədəki “gülənçilərə” qarşı geniş miqyaslı əməliyyat başlayıb. Türkiyə hakimiyyəti təkcə bu ölkədə deyil, digər ölkələrdə də kök atan “gülənçiləri” əzmək niyyətindədir. Bu ölkələrdən biri də Azərbaycandır. Türkiyə mətbuatı “gülənçilər”in Azərbaycanda hətta dövlət strukturlarına nüfuz etdiyi barədə iddialar səsləndirir. Bu qurumlardan biri də SOCAR-dır. Təsadüfi deyil ki, bir neçə gün əvvəl “SOCAR Türkiyə”də əməliyyat keçirilib. Şirkətin rəhbəri Saadəttin Korkut həbs edilib. Onun ofisindən xeyli sənəd götürülüb və hazırda o sənədlər əsasında ciddi araşdırmalar aparılır. Bəzi iddialara görə, oxşar əməliyyatın SOCAR-ın özündə də aparılması gündəmdədir. Bu halda Rövnəq Abdullayevin baş nazir postuna gətirilməsi əlbəttə ki, Bakı və Ankara arasında münasibətləri zədələyə bilər. Ona görə də artıq bu mövzu qapadılıb. Hətta Rövnəq Abdullayevin özünün taleyi belə sual altındadır.(Azadliq.info)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam