Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Tofiq Yaqublunun qızı ilə məhbusun nikahı sabaha qaldı


 

Xəbər verdiyimiz kimi, bu gün Müsavat Partiyası sədrinin müavini Tofiq Yaqublunun qızı, həmin partiyanın üzvü Nigar Yaqublu ilə məhbus Seymur Həzinin nikah mərasimi baş tutmalı idi.

Xeberinfo.com:  N. Yaqublu Ədliyyə Nazirliyinin onların evləndirməkdən imtina etməsi ilə bağlı sosial şəbəkədə status paylaşıb. Onun sözlərinə görə, ASAN xidmətin nikah məmuru Ədliyyə Nazirliyinin bu gündən nikahların səyyar kəsilməsi ilə bağlı xidmətin fəaliyyətini dayandırması haqqında məlumat verib.

“Qafqazinfo” məsələ ilə əlaqədar Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqovla əlaqə saxlayıb. O bildirib ki, ASAN və Penitensiar xidmətə təqdim olunan məktuba əsasən nikah mərasimi avqustun 2-nə nəzərdə tutulub: “ Nikaha girmək istəyən tərəflərin arzuları əsasında tarix sabah üçün təyin olunub. Ona görə də Ədliyyə Nazirliyinin Penitensiar xidməti bu şəxslərin nikaha daxil olması üçün sabah hər cür şəraiti yaradacaq. ASAN xidmətin nümayəndəsi də nikah mərasimində iştirak edəcək”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam