Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

SOCAR-da “Gülən əməliyyatı” başlayacaq – ŞOK İDDİA

socar-turkeyNeft şirkətində hansı rəhbər şəxslər Fətullah Gülənlə əlaqədə şübhəli bilinir?

Xeberinfo.com:  Türkiyədə baş tutmayan hərbi çevrilişdən sonra rəsmi Ankara bütün gücünü “Gülən şəbəkəsi”ni tamamilə sıradan çıxarmağa yönəldib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Gülən şəbəkəsi”ni kök atdığı digər ölkələrdə, o cümlədən Azərbaycanda da sıxışdırmağa çalışır.

Türkiyə mətbuatı yazır ki, Azərbaycanda “təmizləmələr” ilk olaraq Azərbaycan Dövlət Neft Şirkətində (ARDHŞ) və şirkətin qardaş ölkədəki təmsilçiliyində aparıla bilər. Məlumatda deyilir ki, bir müddət əvvəl “SOCAR Türkiyə”nin baş icraçı direktoru Kənan Yavuzun vəzifədən çıxarılması təsadüfi deyil. Türkiyə mətbuatı iddia edir ki, bu şəxsin “Gülən şəbəkəsi”lə ciddi əlaqələri olub. Bir neçə ay əvvəl isə “SOCAR Türkiyə”nin baş icraçı direktorunun birinci müavini Samir Kərimli də “Gülən şəbəkəsi”nin üzvü olmaqda şübhəli bilinərək tutduğu vəzifədən azad edilib. “Lakin hələ də SOCAR-da paralel yapı ilə əlaqəli olan şəxslər var. Bunların sırasında PETKİM-in baş direktoru Sadəttin Korkut, PETKİM İnstitutunun baş katibi Harun Yavaş, SOCAR Türkiyənin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Ömər Adsız, İnsan Resursları üzrə direktor İlqar Məhəmmədoğlu, İT direktoru  Fuad Uludağ, Satınalmalar üzrə direktoru Çətin Korkut, SOCAR Power ortağı Ənvər Tanər Baltaçı, Yasar Çoruh ve Tolqa Toprakın adı keçir” – Türkiyə mətbuatı yazır.

Qeyd edək ki, Türkiyədəki hərbi çevrilişdən sonra Azərbaycanda “Gülən şəbəkəsi”nə bağlı olduğu deyilən “Qafqaz” Universitetinin, “Zaman Azərbaycan” qəzetinin və Zaman.az saytının fəaliyyətinin dayandırılıb. Həmçinin ANS-in əməkdaşı Fətullah Gülənin mətbuat konfransında iştirak etdiyinə görə telekanal qapadılıb. Türkiyə mətbuatının yazdığından belə aydın olur ki, yaxın vaxtlarda Azərbaycanda “Gülən şəbəkəsi”lə bağlı ciddi əməliyyat keçiriləcək.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam