Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

AZAL BİLETLƏRİ 3 DƏFƏYƏ YAXIN BAHALAŞDIRDI

Moskva-Antalya müntəzəm aviareysi bərpa olunduqdan sonra biletlər orta hesabla 75,6% bahalaşıb.

Xeberinfo.com:   Bu barədə “Aviakassa” onlayn agentliyinin hesabatına istinadən Rusiyanın turizm operatorları assosiasiyası məlumat yayıb.

Hesabat assosiasiyanın sifarişi ilə hazırlanıb.
Türkiyəyə səfər etmək istəyən turistlərin sayı artdıqca, biletlərin qiyməti də bahalaşır. Məsələn, Moskva-Antalya aviareysinə biletin qiyməti orta hesabla 75,5% artıb. İyunun sonunda “Pegasus Airlines” aviaşirkəti ilə uçmaq istəyənlər (bir istiqamətdə) bileti 7,5 min rubla alırdısa, hazırda biletlər 30,7% bahalaşaraq 9,8 min rubl olub.

AZAL-ın biletləri isə 264% bahalaşaraq 13,5 min rubla çatıb. “Aeroflot” və “Turkish Airlines” aviaşirkətlərinin biletləri isə daha yüksək qiymətə tapılır. Belə ki, “Aeroflot”un xidmətlərindən yararlanaraq qeyd edilən istiqamət üzrə uçmaq istəyən 1 şəxs 21,4 min rubl, “Turkish Airlines”la uçmaq istəyən isə 48 min rubl xərcə düşəcək.
Sankt-Peterburqdan Antalyaya olan aviareyslərə biletlər isə orta hesabla 25% bahalaşıb.
Moskva-İstanbul aviareysinin biletlərinin qiyməti 39% artıb.  /”APA-Economics”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam