Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

“Səhiyyəmiz bir sistem olaraq batmaqdadır”

CEMIL

 

Milli Şuranın sədri Cəmil Həsənli son günlərdə ölkə xəstəxanalarında əməliyyatlar zamanı baş verən silsilə ölüm faktlarına toxunaraq, səhiyyə sisteminin bərbad vəziyyətə salınmasını tənqid edib.

Xeberinfo.com:    C.Həsənlinin feysbuk səhifəsindəki statusunu təqdim edirik:  

Sumqayıtda 3 yaşlı Arzunun boğaz əməliyyatından sonra həyatını itirməsi dəhşətdir. İndi dünyanın hansı vaxtıdır ki, boğaz-burun əməliyyatından uşaq həyatını itirsin. İki gün öncə həmin şəhərdə öd kisəsi əməliyyatından 35 yaşı Lumu Veyisova dünyasını dəyişmişdi. Bir neçə gün öncə respublika Angioloji və Mikrocərrahiyə Mərkəzində 82 yaşlı Tərlan Əliyevanın sol ayağı əvəzinə səhvən sağ ayağı kəsmişdilər. Doğuş zamanı uşaq və ana ölümləri isə adi hal alıb.

Səhiyyə sisteminin böhranı göz qabağındadır. Bir sıra özəl xəstəxanalarında həkimlərin üzərinə həftəlik və aylıq cərrahiyə planları qoyurlar. Pul qoparmaq üçün insan cəlladları kiçik bir düyün və sızanağa görə yüzlərlə, minlərlə qadının döşünü kəsib ölkənin qız-gəlinlərini şikəst edirlər.

Arzunun həkimi deyir, “məndə günah yoxdur”. Olsun. Amma bu necə klinikadır ki, əməliyyatdan sonra xəstənin vəziyyətini nəzarətdə saxlaya bilmir. Lazımı kadr potensialı və texniki imkanları olmayan, tibb müəssisələrindən daha çox biznes qurumlarına çevrilmiş belə klinikalar niyə insanların həyatı ilə oynamalıdır?

Bütün vəzifəli və imkanlı şəxslər müayinə və müalicə üçün xarici ölkələrə gedirlər. Ölkə səhiyyəsi ən elementar etimadı belə itirməkdədir. Bəs, cənab İlham Əliyevin bu yaxınlarda müayinədən keçirib 91 faizi “sağlam” çıxan, 150-200 manat həcmində əmək haqqı, pensiya və müavinət alan insanlar nə etməlidir? Axı, həmin müayinəni də elə məsum Arzu balanı, xatun Tərlan ananı, gənc Lumu xanımı bədbəxt edən, doğuş zamanı ya ananın, ya da körpəsinin ölüm aktına imza atan səhiyyə şəbəkəsi etməmişdimi?

Şübhəsiz ki, vicdanlı, öz peşəsinə hörmətlə yanaşan həkimlərimiz var, amma səhiyyəmiz bir sistem olaraq batmaqdadır, onu batırıran hakim rejimin özü kimi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam