Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

İcra başçısına töhmət verildi

nizamedd

 

Nizaməddin Quliyev Prezident Administrasiyasına çağrıldı

Xeberinfo.com:  Bir neçə gün əvvəl Dövlət Təhlükəsizlik Xidmətinin Goronboy rayon icra hakimiyyətinin başçısı Nizaməddin Quliyevin ətrafında xüsusi əməliyyat keçirməsi  faktının ictimailəşməsi Prezident Administrasiyası hərəkətə gətirib. Gununsesi.info-nun məlumatına görə, adıçəkilən rayon icra hakimiyyətinin başçısı Nizaməddin Quliyev bu günlərdə Prezident Administrasiyasına çağrılıb və ciddi şəkildə danlanıb.  Məlumatda Nizaməddin Quliyevə töhmət verildiyi və son şansını yaşadığı deyilib.

Onu da qeyd edək ki, Goronboy rayonu ən çox məmur qanunsuzluğundan əziyyət çəkən rayonlardan biridir. Icra başçısının qanunsuz əməllərini isə saymaqla qurtarmaz. Son olay isə Nizaməddin Quliyevin “vurulma” prosesini bir daha sürətləndirdi.

Xatırladaq ki, Goronboy  rayonunun Tapqaraqoyunlu kəndində yerləşən, aprel döyüşlərinə qədər neytral zonada qalan Qızıl Kurqan deyilən ərazidə gizli qazıntı işləri aparan şəxslər bu ayın 11-dən 12-ə keçən gecə ifşa olunub.

Məlum olub ki, cəbhədəki son döyüşlərdən sonra tam nəzarətimizə keçən həmin ərazi bir sıra yerli məmurlar tərəfindən neçə gündür, ekskavatorlarla qazılır. Güman edilir ki, həmin ərazidən qızıl çıxarılırmış.

Məlumata görə, əməliyyat vaxtı əraziyə nömrəsiz avtomobillə gəlmiş icra başçısının Fuad Əliyev adlı köməkçisi, eləcə də 22 AA 010 xidməti avtomobillə orada olan rayon Su-Kanal İdarəsinin rəis müavini Misir Ələkbərov və bir neçə başqa vəzifəli şəxslər DTX əməkdaşları tərəfindən saxlanılıb. Hazırda ərazidə axtarış tədbirləri aparılır. Sakinlərin bildirdiyinə görə, qızıl kurqanında qazıntı işlərinə yüksək vəzifəli şəxslər, eləcə də iş adamları rəhbərlik edirmiş. Saxlanılan məmurlar isə həmin adamların yaxın qohumlarıdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam