Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

“28Mall” Kərəm Həsənovdan alınır?!



Son vaxtlar səlahiyyətləri sürətlə əlindən alınan və fəaliyyəti ciddi şəkildə təftiş edilən Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov daha bir problemlə üzləşib.

Xeberinfo.com:   Bu barədə cumhuriyyet.az-ı bilgiləndirən mənbənin sözlərinə görə, ölkə başçısı qarşısında etimadını itirən K.Həsənovla bağlı aparılan təftişlər hələ başa çatmasa da, artıq indidən komitə sədrinin ciddi maliyyə maxinasiyalarına yol verdiyi, “ümumi katyola” milyonlarla manat məbləğində vəsait “atdığı” məlum olub.
Mənbənin bildirdiyinə görə, komitə sədrinin ona göstərilən etimaddan sui-istifadə edərək külli miqdarda vəsaiti mənimsəməsi “yuxarı”nın qəzəbinə səbəb olub. Məhz bu səbəbdən də komitə sədrinə məxsus bütün daşınmaz əmlak növlərinin müəyyənləşdirilməsinə və onların bir qisminin K.Həsənov tərəfindən yoxa çıxarılan pullara cavab olaraq qeyri-rəsmi şəkildə müsadirə edilməsinə qərar verilib.
Mənbənin sözlərinə görə, komitə sədrinin əlindən alınacaq ilk daşınmaz əmlakın “28 Mall” ticarət mərkəzi olacağı ehtimal edilir. Belə ki, bu ticarət mərkəzi K.Həsənovdan alınacaq obyektlərin siyahısında birinci yerdə qərarlaşıb.
Bilgili qaynağın cumhuriyyet.az-a verdiyi məlumata görə, qənaətincə, əgər “28Mall”ın komitə sədrindən alınması reallaşarsa, bu, K.Həsənov üçün kifayət qədər ciddi zərbə olacaq və onun süqutunu qaçınılmaz edəcək. Çünki Azərbaycan reallığında maliyyə xəyanətinə cavab olaraq əmlakı əlindən alınan bir məmurun sadəcə vəzifəsini deyil, bor çox hallarda azadlığını belə itirməsi bir həqiqətdir və çox güman ki, komitə sədri də bu məsələdə istisna təşkil etməyəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam