Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Üç rayonun İH başçısı dəyişdirildi

 

 

Prezidentin fərmanı ilə Tərtər, Kürdəmir və Ağdam rayon icra hakimiyyətlərinin başçıları işdən azad olunublar.

"xeberinfo.com":  Kürdəmir Rayon icra hakimiyyətinin başçısı İrşad Əliyev vəzifəsindən azad edilərək təqaüdə göndərilib. Onun yerinə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov təyin olunub. 
Milli Təhlükəsizlik Nazirliyinin Tərtər rayon şöbəsinin rəisi Raqif Məmmədov Ağdam rayon icra başçısı təyin edilib. 
 
Qeyd edək ki, mətbuatda Nizami Sadıqovun qumarda 50 min manat pul uduzması ilə bağlı məlumatlar yayılmışdı.    
   1950-ci il aprel ayının 12-də Ağdam rayonunda anadan olan Nizami Sadıqov, 1973-cü ildən 1978-ci ilə kimi Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun tarix fakültəsində təhsil alıb.   1990-cı ildən 1992-ci ilə kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cinayət Axtarış İdarəsinin ölüm şöbəsində xüsusilə mühüm işlər üzrə baş inspektor vəzifəsində işləmişdir.1992-2008-ci illərdə Ağdaş, Dəvəçi, İmişli, Masallı, Quba rayonlarında polis rəisi vəzifələrində işləyib.   Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2009-cu il tarixli Sərəncamı ilə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam